Avropa Yayım Birliyi tərəfindən hər il ənənəvi olaraq keçirilən Avroviziya Mahnı Müsabiqəsində bu günə qədər altmış iki mahnı birincilik əldə etdi. 1956-cı ildən etibarən yayımlanan müsabiqə dünyada yayımı davam edən ən uzunmüddətli televiziya verilişlərindən biridir. Yayımlandığı müddət ərzində müsabiqədə müxtəlif növ səsvermə metodlarından istifadə olundu. Hal-hazırda müsabiqədə iştirak edən ölkələrin təşkil etdiyi münsiflər heyəti və tamaşaçıların göndərdiyi səslərlə qalibin təyin edildiyi metod tətbiq olunur. Bu sistemdə 50 % münsiflər heyətinin, 50% tamaşaçıların verdiyi səslər nəzərə alınmaqla hər bir ölkə favorit hesab etdikləri mahnıya1-7, 8, 10, 12 bal verir və nəticədə ən çox bal yığmış iştirakçı qalib elan olunur. 1956-cı ildə keçirilmiş ilk Avroviziya Mahnı Müsabiqəsində səsvermə keçirilməsinə baxmayaraq iştirakçıların topladıqları ballar açıqlanmadı, yalnız qalibin kim olduğu elan edildi. 1969-cu ildə keçirilmiş müsabiqədə hər biri 18 bal toplamış dörd ölkə (İspaniya, Niderland, Fransa və Böyük Britaniya) birinciliyi bölüşdü. Bu günə kimi iyirmi altı müxtəlif ölkə müsabiqədə birincilik əldə etdi. 2011-ci ildə qalib olan Azərbaycan qaliblər siyahısında adı yazılan son ölkə oldu. 1956-cı ildə İsveçrənin Luqano şəhərində keçirilmiş ilk müsabiqənin qalibi ev sahibi İsveçrə oldu. İrlandiya bu müsabiqədə yeddi dəfə birinci olaraq ən çox qalib gələn ölkə oldu. Portuqaliya isə müsabiqədə ilk iştirak edən ölkələrdən biri kimi bu günə qədər heç qalib ola bilmədi və 2008-ci ildə Avroviziyada iştirak etmiş ölkələr arasında 41-ci yeri tutdu. Müsabiqədə İrlandiyanı üç dəfə müxtəlif yollarla təmsil etmiş Conni Loqan müsabiqədə birdən çox qələbə qazanan yeganə şəxs oldu. Loqan 1980-ci ildə "What's Another Year" mahnısının ifaçısı, 1987-ci ildə "Hold Me Now" mahnısının ifaçısı və sözlərinin müəllifi, 1992-ci ildə isə Linda Martinin ifa etdiyi "Why Me?" mahnısının sözlərinin müəllifi olaraq İrlandiyanı təmsil etdi və qələbə qazandı. Avroviziya Mahnı Müsabiqəsi qalib olanlara beynəlxalq arenada özlərini tanıdmaq, karyeralarını başlatmaq və ya davam etdirmək üçün bir fürsət verir. Lakin müsabiqədə qalib olanlar arasından çox az adam beynəlxalq məşhurluq qazandı. Müsabiqədə qazandığı qələbə ilə ulduzu parlayanlar arasından ən başlıcası 1974-cı ildə İsveçi "Waterloo" mahnısı ilə təmsil edən və qalib olan ABBA qrupudur. ABBA qrupu öz dövrünün ən məşhur musiqi qruplarından biri idi. Digər bir məşhur isə 1988-ci ildə İsveçrəni "Ne partez pas sans moi" mahnısı ilə təmsil edən və qələbə qazanması ilə dünya ulduzu olan Selin Diondur. Lakin Dionun dünya miqyasında müsabiqədən bir neçə il sonra məşhurlaşmışdır və tamamilə müsabiqə ilə əlaqəsi yoxdur.
On bir Avroviziya qalibi ilə birgə müsabiqədə qalib gələ bilməyən üç ölkənin də iştirak etdiyi Congratulations adlı konsert 2005-ci ildə keçirildi və ABBA qrupunun "Waterloo" mahnısı müsabiqənin ilk əlli ilinin ən yaxşı mahnısı seçildi.
Böyük Britaniya Avroviziya Mahnı Müsabiqəsində on beş dəfə ikinci oldu. 1975-ci ildə tətbiqinə başlanmış səsvermə sistemindən etibarən müsabiqənin qalibi səs verən son on ölkə tərəfindən təyin olundu.1979, 1980, 1981, 1984, 1988, 1991, 1993, 1998, 2002 və 2003.
Qaliblərin siyahısı İllər üzrə İl Tarix Ev sahibi şəhər Qalib Mahnı İfaçı Mahnının dili Bal Ehtiyyatda qalan İkinci yer 1956 24 may Luqano "Refrain" Liz Assia Fransız colspan="7" 1957 3 mart Frankfurt Hollandiya "Net als toen" Corry Brokken Holland 1958 12 mart Hilversum "Dors, mon amour" André Claveau Fransız İsveçrə 1959 11 mart Kann Hollandiya "Een Beetje" Teddy Scholten Holland 1960 29 mart London "Tom Pillibi" Jacqueline Boyer Fransız 1961 18 mart Kann Lüksemburq "Nous les amoureux" Jean-Claude Pascal Fransız 1962 18 mart Lüksenburq "Un premier amour" Isabelle Aubret Fransız 1963 23 mart London "Dansevise" Grethe and Jørgen Ingmann Danca İsveçrə 1964 21 mart Kopenhagen "Non ho l'età" Gigliola Cinquetti İtalyanca 1965 20 mart Neapol Lüksemburq "Poupée de cire, poupée de son" France Gall Fransız 1966 5 mart Lüksemburq "Merci, Chérie" Udo Yürgens Alman 1967 8 aprel Vyana "Puppet on a String" Sandie Shaw İngilis İrlandiya 1968 6 aprel London "La, la, la" Massiel İspanca 1969 29 mart Madrid "Vivo cantando" Salomé İspanca colspan="2" rowspan="4" "Boom Bang-a-Bang" Lulu İngilis Hollandiya "De troubadour" Lenny Kuhr Holland "Un jour, un enfant" Frida Boccara Fransız 1970 21 mart Amsterdam İrlandiya "All Kinds of Everything" Dana İngilis 1971 3 aprel Dublin "Un banc, un arbre, une rue" Séverine Fransız 1972 25 mart Edinburq Lüksemburq "Après toi" Vicky Leandros Fransız 1973 7 aprel Lüksemburq Lüksemburq "Tu te reconnaîtras" Anne-Marie David Fransız 1974 6 aprel Brayton "Waterloo" ABBA İngilis 1975 22 mart Stokholm Hollandiya "Ding-a-dong" Teach-In İngilis 1976 3 aprel Haaqa "Save Your Kisses for Me" Brotherhood of Man İngilis 1977 7 may London "L'oiseau et l'enfant" Marie Myriam Fransız 1978 22 aprel Paris "A-Ba-Ni-Bi" () Izhar Cohen and the Alphabeta İvritcə 1979 31 mart Qüds "Hallelujah" () Milk and Honey İvritcə 1980 19 aprel Haaqa İrlandiya "What's Another Year" Johnny Logan İngilis 1981 4 aprel Dublin "Making Your Mind Up" Bucks Fizz İngilis 1982 24 aprel Harroqeyt "Ein bißchen Frieden" Nicole German 1983 23 aprel Munich Lüksemburq "Si la vie est cadeau" Corinne Hermès Fransız 1984 5 may Lüksemburq "Diggi-Loo Diggi-Ley" Herreys Swedish İrlandiya 1985 4 may Götenburq "La det swinge" Bobbysocks! Norwegian 1986 3 may Bergen "J'aime la vie" Sandra Kim Fransız İsveçrə 1987 9 may Brüssel İrlandiya "Hold Me Now" Johnny Logan İngilis 1988 30 aprel Dublin İsveçrə "Ne partez pas sans moi" Céline Dion Fransız 1989 6 may Lozanna Yuqoslaviya "Rock Me" Riva Xorvatca 1990 5 may Zaqreb "Insieme: 1992" Toto Cutugno İtalyanca İrlandiya 1991 4 may Roma "Fångad av en stormvind" Carola Swedish 1992 9 may Malmö İrlandiya "Why Me?" Linda Martin İngilis 1993 15 may Millstreet İrlandiya "In Your Eyes" Niamh Kavanagh İngilis 1994 30 aprel Dublin İrlandiya "Rock 'n' Roll Kids" Paul Harrington and Charlie McGettigan İngilis 1995 13 may Dublin "Nocturne" Secret Garden Norwegian 1996 18 may Oslo İrlandiya "The Voice" Eimear Quinn İngilis 1997 3 may Dublin "Love Shine a Light" Katrina and the Waves İngilis İrlandiya 1998 9 may Birmingham "Diva" () Dana International İvritcə 1999 29 may Qüds "Take Me to Your Heaven" Charlotte Nilsson İngilis 2000 13 may Stokholm "Fly on the Wings of Love" Olsen Brothers İngilis 2001 12 may Kopenhagen "Everybody" Tanel Padar, Dave Benton and 2XL İngilis 2002 25 may Tallin "I Wanna" Marie N İngilis Malta 2003 24 may Riga "Everyway That I Can" Sertab Erener İngilis 2004 15 may İstanbul "Wild Dances" Ruslana İngilis 2005 21 may Kiyev "My Number One" Helena Paparizou İngilis Malta 2006 20 may Afina "Hard Rock Hallelujah" Lordi İngilis 2007 12 may Helsinki Serbiya "Molitva" () Marija Šerifović Serbcə 2008 24 may Belqrad "Believe" Dima Bilan İngilis 2009 16 may Moscow "Fairytale" Alexander Rybak İngilis 2010 29 may Oslo "Satellite" Lena İngilis 2011 14 may Düsseldorf "Running Scared" Ell & Nikki İngilis 2012 26 may Bakı "Euphoria" Loreen İngilis 2013 18 may Malmö "Only Teardrops" Emmelie de Forest İngilis 2014 10 may Kopenhagen "Rise Like a Phoenix" Conchita Wurst İngilis Hollandiya 2015 23 may Vyana "Heroes" Måns Zelmerlöw İngilis 2016 14 may Stokholm "1944" Jamala İngilis 2017 13 may Kiyev "Amar pelos dois" Salvador Sobral Portuqalca 2018 12 may Lissabon "Toy"Netta İngilis 2019 18 may Tel Əviv Hollandiya"Arcade"Duncan Laurenceİngilis 2020 16 may Rotterdam colspan="7" 202122 may Rotterdam🇮🇹 İtaliya"Zitti e buoni"(Maneskin mahnısı)Maneskinİtalyanca52425🇲🇫 Fransa 202214 may🇮🇹 Turin🇺🇦 Ukrayna"Stefania"Kalush orchestraUkraynca631165Birləşmiş krallıq202313 mayLiverpul🇸🇪 İsveç"Tattoo"Loreenİngiliscə58357🇫🇮 Finlandiya202411 may🇸🇪 Malmö🇨🇭 İsveçrə"The code"Nemoİngiliscə59144Xorvatiya Spain |"SloMo " |Chanel Terrero |İspan
İstinadlar
Kateqoriya:Avroviziya Mahnı Müsabiqəsi Kateqoriya:Avroviziya Mahnı Müsabiqəsinin qalibləri Kateqoriya:Mahnıların siyahıları