Cəlaləddin Sultanşah — I Güştaspın kiçik oğlu. Həyatı Nə vaxt anadan olduğu bilinmir. III Fəribürzdən kiçik idi. 1222-ci ildə atası tərəfindən Gürcüstana yollanmışdı. Çar IV Georgi ilə bağlanmış müqaviləyə əsasən Cəlaləddin Rusudan ilə evlənəcəkdi.Şihabəddin Məhəmməd ən-Nəşəvi, Sirat əs-sultan Cəlal əd-Din Mankburni, 1992, s.222. O burada xristian olmuş və xristian adətləri ilə böyüməyə başlamışdı. 1226-cı ildə Cəlaləddin Mənguberdinin Tiflisi tutmasından sonra azad olundu və sünnət edilərək müsəlman oldu. Bu hadisə mənbələrdə belə təsvir olunur: Sultan gürcülərin ölkəsini tutanda yetimi əsarət məngənəsindən azad etdi... Şirvanşahın oğluna gəlincə, o, sanki gözəl bir halə arasındakı parlaq mirvari dənəsi idi. Sultan ona ən yüksək səviyyədə tərbiyə verdi, hökmdar övladı kimi sünnət etdirdi. Sonra onu atasından qalan mirasın bir hissəsinin – Güştəsfinin (indiki Beyləqan və Cəlilabad) hakimi təyin etdi...V. Minorski, Şirvan və Dərbənd tarixi, səh. 136 Mənbələrdə onun haqqında başqa məlumat yoxdur.
İstinadlar
Kateqoriya:Şirvanşah şahzadələri