Vəliyev Vaqif Əli oğlu () — ədəbiyyatşünas, 1962-ci ildən Azərbaycan Yazıçılar Birliyinin üzvü, filologiya elmləri doktoru (1972), professor (1976).
Ülviyyə Hacıbəyovanın (Vəliyeva) atası, Soltan Hacıbəyovun qudası, İsmayıl Hacıbəyovun qaynatasıdır.
Həyatı Vaqif Vəliyev 1924-cü il dekabrın 31-də Qazax qəzasının Pirili kəndində doğulmuşdur. Qazax şəhər 1 saylı orta məktəbində təhsil almışdır (1932-1941). Əmək fəaliyyətinə Azərbaycan KP MK Qazax rayon Partiya Komitəsində texniki katib kimi başlamışdır (1941). Sovet Ordusu sıralarında xidmət etmişdir (1943-1949), ADU-nun filologiya fakültəsində təhsilini davam etdirmişdir (1949-1954). Orada aspiranturaya daxil olmuş, "Səməd Vurğunun poemaları" mövzusunda namizədlik dissertasiyası müdafiə etmiş (1957), Azərbaycan ədəbiyyatı tarixi kafedrasında müəllim, baş müəllim, dosent vəzifələrində işləmişdir (1958-ci ildən). "Azərbaycan folkloru janrları" mövzusunda doktorluq dissertasiyası müdafiə etmiş (1972), 1976-cı ildən həmin kafedranın professoru kimi fəaliyyət göstərmişdir. Dövri mətbuatda şifahi xalq ədəbiyyatı problemlərinə dair vaxtaşırı məqalələri çıxmışdır. "Ayrım bəzəmələri" (1983) və "Bayatılar" (1985) kitablarını toplayıb tərtib etmişdir.
1998-ci il sentyabrın 19-da vəfat etmişdir.
Əsərləri
Azərbaycan xalq dastanları. Bakı: ADU-nun nəşriyyatı, 1968, Azərbaycan şifahi xalq ədəbiyyatı. Bakı: ADU-nun nəşriyyatı, 1970, 439 səh. Azərbaycan qəhrəmanlıq dastanları. Bakı: ADU-nun nəşriyyatı, 1980, 76 səh. Qaynar söz çeşməsi. Bakı: Yazıçı, 1981, 150 səh. Azərbaycan folkloru. Bakı: Maarif, 1985, 411 səh.
İstinadlar
Kateqoriya:Azərbaycan filoloqları Kateqoriya:Azərbaycanlı filoloqlar Kateqoriya:Azərbaycan folklorşünasları Kateqoriya:Azərbaycanlı folklorşünaslar Kateqoriya:Azərbaycan ədəbiyyatşünasları Kateqoriya:Azərbaycanlı ədəbiyyatşünaslar