thumbnail|right|300px|Hindistan kobrası "Kobra effekti" bir vəziyyətin xarakterizə edilməsi üçün istifadə olunan idiomatik ifadədir. Bu zaman, hər hansı bir problemin həll edilməsi üçün qəbul edilmiş qərar bu problemi həll etmir və əksər hallarda, birbaşa hədəfin əksinə olan nəticəyə aparır.

Məşhur alman iqtisadçısı Horst Siebert öz kitabında iqtisadiyyat və siyasət sahəsindən çox nümunə gətirir. Hökumət, nizama salmaları düşünərkən, problemlə qarşılaşan şəxslərin gələcəkdə nə reaksiya verəcəklərini tam nəzərə almırdılar. Problem yaxşı analiz olunmadan qəbul edilən qərarlar və sonda istənilən nəticənin əldə olunmaması "kobra effekti" adını almışdılar.

Mənşəyi "Kobra effekti" termini Hindistanda, ingilis müstəmləkə dövründə yaranıb. İngilislər, həddindən artıq kobra çoxalmasını aşkar etmişdilər. Qubernator zəhərli heyvanları azaltmaq üçün, hər ilan başına görə mükafat təyin etmişdi. İlk vaxtlar ilanların miqdarı sürətlə azalmağa başladı. Ancaq sonra, hindlilər bu vəziyyətdən çıxış yolu tapdılar: mükafat almaq üçün kobra yetişdirməyə (saxlamağa) başladılar. Nəhayət, məhv edilmiş kobra üçün təyin olunan mükafat ləğv ediləndən sonra, ilan saxlayanlar dəyərdən düşmüş ilanları azadlığa buraxdılar. Məlum oldu ki, zəhərli ilanların sayı nəinki azalmayıb, hətta artıb.

Analoji hallar Analoji vəziyyət Vyetnamda, fransız müstəmləkə idarəsi dövründə, Hanoy şəhərində yaranmışdı. Onda müstəmləkə hakimiyyəti, hər öldürülmüş siçovula görə mükafat verərək, siçovulların məhv edilməsi proqramını hazırladı. Nəticədə, əhali, pul qazanmaq üçün siçovulları yetişdirməyə (saxlamağa) başladı.

Çində sərçələrin məhv edilməsi. Bu, Çində, "Önə doğru böyük sıçrayış" (Great Leap Forward) siyasət çərçivəsində təşkil edilmiş, kənd təsərrüfatı zərərvericiləri ilə mübarizəni nəzərdə tutan genişmiqyaslı tədbirdir. Sərçələrin məhv edilməsi, ekoloji balansın pozulmasına gətirib çıxardı – məhsulu məhv edən həşəratların sayı kəskin artdı. Könüllü sınaqlar kollektivləşdirilmə ilə birləşərək, böyük aclığa gətirib çıxardı.

İstinadlar

Kateqoriya:İqtisadi siyasət Kateqoriya:Davranış iqtisadiyyatı Kateqoriya:İqtisadiyyat paradoksları Kateqoriya:İqtisadiyyat təsirləri