Evpatoriya (; ; ; ; ) — Krım Muxtar Respublikasına daxil olan şəhər. 2013-cü ilə olan məlumata əsasən şəhərdə 106 mindən çox əhali yaşayır. Qara dənizin sahilində yerləşən Evpatoriya əsasən müalicə mərkəzləri və turistik məkanları ilə tanınınr.

Tarixi Evpatoriya şəhərinin dəqiq tarixi barədə məlumatlar yoxdur. Əsas məlum olan şəhərin Qədim Yunanıstana məxsus Kerkinitis () adlı koloniyanın üzərində inşa edilməsidir. Eramızdan əvvəl V əsrdə şəhərdə qədim yunan sivilizasiyası mövcud olmuş və bu sivilizasiya uzun müddət davam etmişdir. Pont kralı VI Mitridatın Krımı işğal etməsinin ardından şəhərin adını Eupator formasında dəyişdirmişdir. VII–X əsrlərdə isə şəhər Xəzər xaqanlığının nəzarəti altında qalmışdır. Bu dövrdə şəhərin adı yenidən dəyişdirilərək Güsliev () olaraq adlandırılmışdır. Sonrakı dövrlərdə şəhər ardıcıl olaraq Qıpçaqların, Monqol İmperiyasının və Krım xanlığının tərkibinə daxil olmuşdur.

Krım xanlığı dönəmində Krım tatarları tərəfindən Kezlev olaraq alandırılan şəhər, Osmanlılar tərəfindən Gözleve olaraq adlandırılmışdır. 1954-cü ildə Krımın Rusiya Sovet Federativ Sosialist Respublikasının tərkibindən çıxarılaraq Ukrayna Sovet Sosialist Respublikasına verilməsi nəticəsində şəhər növbəti dəfə əl dəyişdirmişdir. Ukrayna 1991-ci ildə müstəqilliyini ikinci dəfə elan edən zaman Krım yarımadası Krım Muxtar Respublikası formasında Ukrayanın ərazisinə daxil olmuşdur. 2014-cü ildə Rusiya ilə Ukrayna arasında şiddətlənən siyasi və hərbi münaqişənin ardından referendum keçirilmiş və muxtar vilayət Rusiyaya birləşdirilmişdir. Hal-hazırda Evpatoriyanında daxil olduğu Krımın bütün şəhər və əraziləri de-jure olaraq Ukraynanın ərazisi hesab edilsədə, de-facto Rusiyanın nəzarəti altındadır.

Qardaşlaşmış şəhərlər Gerb Şəhər Ölkə Tarix Ioannina 1989 25px Figueira da Foz 1989 25px Ludwigsburg 1992 Zakynthos 2002 30px Ostrowiec Świętokrzyski 2004 30px Krasnogorsky 2006 Lambie 2009 25px Belqorod 2010

Qalereya

Həmçinin bax Evpatoriyski burnu

İstinadlar

Kateqoriya:Krım şəhərləri Kateqoriya:Qara dənizin liman şəhərləri Kateqoriya:E.ə. 497 Kateqoriya:Rusiya şəhərləri Kateqoriya:Ukraynanın ərazi mübahisələri