Culio Natta (; ) — Nobel mükafatı laureatı, italyan kimyaçı və elm xadimi. 1963-cü ildə yüksək polimerlərlə əlaqədar fəaliyyətlərinə görə Karl Ziqler ilə birlikdə Kimya üzrə Nobel mükafatına layiq görülmüşdür.
Həyatı
İlk illəri Natta İtaliyanın İmperiya şəhərində anadan olmuşdur. 1924-cü ildə Milandakı Politecnico di Milanoda kimya mühəndisi adını almışdır. 1927-ci ildə isə yenə burada professor olmuşdur. 1933-cü ildə Paviya Universitetində professorluq etmiş və Ümumi Kimya İnstitutunun idarəçisi olmuşdur və 1935-ci ilə qədər burada qalmışdır. 1935-ci ildə Roma La Sapienza Universitetinə fizikokimya professoru olmaq məqsədiylə müraciət etmişdir.
Karyerası 1936 və 1938-ci illərdə Politecnico di Torinoda professorluq etmiş və Sənaye Kimya İnstitutunun idarəçisi olmuşdur. 1938-ci ildə Politecnico di Milano Universitetində kimya mühəndisliyi sahəsinin rəhbərliyinə gətirilmişdir. Nattanın Politecnico di Milanodakı işləri Karl Ziqlerin əvvəlki işlərinin inkişaf etdirilməsini təmin etdi və bu sayədə Ziqler-Natta katalizatoru inkişaf etdirildi. 1963-cü ildə yüksək polimerlər mövzusundakı işləri ilə Karl Ziqler ilə birlikdə Kimya üzrə Nobel mükafatının sahibi olmuşdur.
Şəxsi həyatı Nattaya 1956-cı ildə Parkinson xəstəliyi diaqnozu qoyuldu. 1963-cü ildə vəziyyəti daha da pisləşdi və Stokholmdakı Nobel Mükafat Mərasiminə oğlunun köməyi ilə qatıldı və çıxışını yoldaşları etməli oldu. Culio Natta 76 yaşında İtaliyanın Berqamo şəhərində vəfat etdi.
İstinadlar Giulio biyografisi Giulio Natta Nobel ödülü
Kateqoriya:Kimya üzrə Nobel mükafatı laureatları Kateqoriya:Milan Politexnik Universitetinin məzunları Kateqoriya:İtaliyalı Nobel mükafatı laureatları Kateqoriya:Parkinson xəstəliyindən ölənlər Kateqoriya:İtaliya şəxsləri