Rəşad Səfərov (tam adı: Rəşad Süleyman oğlu Səfərov; 19 May,1978.Bakı) — aktyor.

Həyatı Rəşad Səfərov 19 may 1978-ci ildə Bakıda anadan olmuşdur. 1999-cu ildə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin Dram və kino aktyorluğu fakültəsini bitirib. 2001-ci ildə C.Cabbarlı adına Azərbaycan Dövlət İrəvan Dram teatrında, 2005-ci ildə Şuşa Musiqili Dram Teatrında, 2006-cı ildə isə Dövlət Gənclər teatrında aktyor vəzifələrində aktyor vəzifəsində çalışıb. 2009-cu il may ayının 1-dən Azərbaycan Dövlət Gənc Tamaşaçılar teatrının aktyorudur. Film, serial və kliplərdə çəkilmişdir.2014-cü ildə Binəqədi rayonu Xocahəsən mədəniyyət evinə direktor təyin olunub.

Mükafatları Prezident mükafatı — 9 may 2024

Əsas rolları Telefon gecələri (Anar) — Seymur Əsgər anası (R.Ağarəhim) — Şubay Məhəbbət və cinayət (R.Ağarəhim) — Şərbət Qum üstündə ev (İ.Rüstəm) — Eldar Məhv olmuş gündəliklər (İ.Əfəndiyev) — Ədalət Məhəbbət yaşayır hələ (İ.Əfəndiyev) — Qüdrət Təzə gəlin (Ü.Hacıbəyov) — Səfi Ana (H.Cavid) — Qanpolad İblis (H.Cavid) — quldur başçısı Pasport (R.Abdullayev) — Elvin Tarelkinin ölümü (S.Kabilin) — Murromski Şeyx Sənan (H.Cavid) — Dəvəçi Otello (V.Şekspir) — Lodoviko Aydın (C.Cabbarlı) — Surxay Yatmış gözəl (B.Marvin) — kral Əcəl atı (V.Əlixanlı) — müəllim Məhv olmuş gündəliklər (İ.Əfəndiyev) — Ədalət Romeo və Cülyetta (U.Şekspir) — hersoq Sarıköynəklə Valehin nağılı (İ.Əfəndiyev) — Yusifov

Filmoqrafiya Olacağa çarə yoxdur (film, 2003) Yanmış körpülər (film, 2007) Cavid ömrü (film, 2007) Qızlar (film, 2007) Nəfs (2008) Cavad xan (film, 2009) Qaydasız döyüş (film, 2009) İlahi məxluq (film, 2011) Aktrisa (film, 2011) (tammetrajlı bədii film) — rol: Səməd Orucov Tək olanda qorxma... (teleserial, 2013) Toy gecəsi (serial, 2013) — rol: Zaur Sənə inanıram (serial, 2013) — rol: İqbal 2 ömür (film, 2016-2017) (bədii serial) — rol: Şadman İmtahan (teleserial, 2017) — Fərrux Ata ocağı (serial, 2017) — Vüqar Birlikdə (film, 2024) Bir Qadın(teleserial)

İstinadlar

Kateqoriya:Azərbaycan aktyorları Kateqoriya:XXI əsr Azərbaycan aktyorları