An-2 qəzası — 11 may 1974-cü ildə baş vermiş təyyarə qəzası.Azərbaycanda baş vermiş dəhşətli təyyarə QƏZALARI - SİYAHI . modern.az, 23.02.2015
Qax–Zaqatala bölgəsində aviasiya-kimya işləri həyata keçirən An-2 təyyarəsinin komandiri Vitali Qavrilov həmin gün axşamçağı Qax aeroportunun uçuş zolağında işçilərlə və aeroporta icazəsiz daxil olan yerli sakinlərlə birlikdə içki məclisi təşkil etmişdir. Bundan sonra isə gəzmək məqsədilə idarə etdiyi An-2 təyyarəsinə minərək Zaqatala rayonuna gedirlər. Oradan Qax aeroportuna qayıdan zaman gecə olmasına görə və içkinin təsiri ilə pilot Vitali Qavrilov təyyarəni yerə çırpmışdır. Nəticədə özü də daxil olmaq 8 nəfər yerindəcə həlak olmuşdur.
Həmçinin bax An-8 qəzası (1965) An-24B qəzası (1973)
İstinadlar
Kateqoriya:11 maydakı hadisələr Kateqoriya:1974-cü ildəki hadisələr Kateqoriya:1974-cü ildə Azərbaycan Kateqoriya:Azərbaycanda aviasiya hadisələri Kateqoriya:An-2 ilə bağlı qəzalar və insidentlər