thumb|Kabaddi oyunu (Bhimber). thumb|Dairəvi üslublu kabaddi oyun meydanı.
Pəncab kabaddisi (, Pəncab dilində: ਪੰਜਾਬੀ ਕਬੱਡੀ), yaxud, sadəcə, "Kauddi" (). Pəncab regionunda oynanılan populyar idman növü. "Pəncab kabaddisi" adlanan dairəvi üslublu kabaddi, kabaddi idman növünün ənənəvi olaraq Pəncab regionunda oynanılan üslubu olsa da, bu kabaddi üslubu üzrə beynəlxalq turnirlər keçirilirKissa Kabaddi da by Sarwan Singh Sangam Publications ISBN 93-83654-65-1 və Hindistanın Həvəskar Dairəvi Kabaddi Federasiyası tərəfindən idarə olunur.
Qaydaları Pəncab regionunda kabaddi oyunu 22 m-lik dairəvi meydanda oynanılır. Orta xətti keçən oyunçu isə "kaudi da bharha" adlanır. Hər komandanın 8 oyunçusu olur; növbə ilə bir-birlərinə reydçi göndərirlər; Pəncab kabaddisində oyun 40 dəqiqə davam edir, birinci 20 dəqiqə bitdikdən sonra komandalar meydanda yerlərini dəyişirlər. Bu üslubda oynanılan kabaddi oyununda reydçi müvəffəqiyyət qazandıqda, komandasına 1 bal qazandırır, müvəffəqiyyət qazanmadıqda isə rəqib komanda 1 bal qazanır.
Həmçinin, bax Kabaddi Kabaddi üzrə Dünya Kuboku 2014 Azərbaycan qadın milli kabaddi komandası
İstinadlar
Kateqoriya:Asiyada idman Kateqoriya:Komanda idman növləri Kateqoriya:İdman növləri Kateqoriya:Kabaddi