Almaz Ülvi (Almaz Qasım qızı Binnətova; ) — Azərbaycan ədəbiyyatşünası, yazıçı-publisist, filologiya elmləri doktoru (2010), Nəvaişünas, Özbək ədəbiyyatı tədqiqatçısı. Azərbaycan Milli Elmlər Akademiyası Nizami adına Ədəbiyyat İnstitutunun "Azərbaycan-Türkmənistan-Özbəkistan ədəbi əlaqələr" şöbəsinin müdiri, Beynəlxalq Babur Fondunun Azərbaycan üzrə rəhbəri, Özbəkistan Respublikasının "Dostluq" ordeni mükafatçısı.
Həyatı Almaz Ülvi 1960-cı il avqustun 8-də Göyçə mahalının Kəsəmən kəndində ziyalı-müəllim ailəsində doğulmuşdur. Həmin kənddə orta məktəbi fərqlənmə ilə tamamlamış (1967–1977) və Bakı Dövlət Universitetində ali təhsil almışdır (1978–1984). 1986–1988-ci illərdə Azərbaycan Dillər Universitetinin ikiillik fars dili kurslarını bitirmişdir. Əmək fəaliyyətinə xalçaçılıqla başlamışdır. 9–10-cu siniflərdən, daha sonra isə təhsilini qiyabi davam etdirərək Basarkeçər rayonunda fəaliyyət göstərən "Ayqorq" xalça fabrikində onlarla xalça toxuyub təhvil vermişdir (1977, avqust – 1980, aprel), toxuduğu xalçalar Almaniyaya eksport mal kimi fabrik tərəfindən ixrac olunub. 1980-ci ildə (aprel) III kursda təhsil alarkən doğulduğu kənddə məktəbə işə qəbul edilmişdir. 1984-cü ildə universitetin son kursunda diplom işi olaraq "Nəbi Xəzri" adlı şəxsi biblioqrafiya tərtib etmişdi. Bu əməyi yüksək qiymətləndirilərək Bakı şəhərindəki Mirzə Fətəli Axundov adına Azərbaycan Dövlət Kitabxanasında işə dəvət edilmişdir. Kitabxanada keçirilən tədbirlər barədə "Bakı" və "Baku", "Azərbaycan gəncləri", "Ədəbiyyat və incəsənət" qəzetlərində informasiya yazıları, kitabxananın fəal əməkdaşları haqqında irihəcmli məqalələri dərc etdirir. 1984–1993-cü illərdə "Ədəbiyyat və incəsənət" qəzetində, 1993–1997-ci illərdə "Dövlət Əmlak Komitəsi"ndə mətbuat xidmətinin rəhbəri kimi və 1997-ci ildən hal-hazıra kimi "Xalq qəzeti"nin "Ədəbiyyat və incəsənət" şöbəsində çalışır. 25 ilə yaxındır ki, mütəmadi olaraq mətbuat orqanlarında elmi, ədəbi, tarixi publisistik məqalələri ilə çıxış edir. Müxtəlif qəzet və jurnallarda, kitab, almanax və elmi toplularda, dünyanın bir sıra tanınmış beynəlxalq jurnallarında türk, özbək, rus, ingilis, gürcü, tatar və s. dillərdə elmi məqalələri çıxıb. Ümumiyyətlə isə, Azərbaycanda və xaricdə 400-dən yuxarı məqaləsi işıq üzü görüb. 1988-ci ildə Qarabağ hadisələri başladı. Həmin ilin dekabr ayında bütün Qərbi Azərbaycanlılar kimi, onun da ailəsi öz doğma yurdundan, evindən didərgin edildilər. 1990-cı il 20 Yanvar hadisələri zamanı Almaz Binnətovanın ailəsində faciə baş verdi. Ailənin ilk oğul nəvəsi, tələbə-şair Ülvi Bünyadzadə — Almaz xanımın qardaşı Yusifin böyük oğlu şəhid oldu. Bu hadisə sonra uzun zaman bütün yazılarını ancaq Ülvi Bünyadzadəyə həsr elədi. Onun şeirlərini, hekayələrini, əsgərlik vaxtı göndərdiyi məktublarını, "And"ını çalışdığı "Ədəbiyyat və incəsənət" qəzetində dərc etdirdi. Az sonra Ülvi adını yaşatmaq üçün Almaz Ülvi imzası yazıları göründü, artıq ötən 35 ildə Almaz Ülvi ilə yazır. 1990-cı ilin may ayında Ülvi Bünyadzadənin təhsil aldığı Xarici Dillər Universitetində "Ülvi Bünyadzadə Xatirə Muzeyi" yaratmışdır. Gənc şəhid şair Ülvi Bünyadzadəyə həsr olunmuş "Ülviləşən Ülvim" və "Poeziyada milli-azadlıq duyğuları" kitablarının müəllifi, "Ülvi duyğularım" (55 səh.), "Bir ölümün acığına" (256 səh.), "Ömrüm sənin eşqindi" (256 səh.), "Sənin oxşarın bənövşədi" (495 səh.), "Ömür yolu (poema 2 dildə), "Ömür yolu (poema 5 dildə) kitabların, eləcə də bir sıra digər kitabların toplayanı, tərtib edəni, nəşrə hazırlayanı və ön sözünün müəllifidir.
Fəaliyyəti "Ədəbiyyat və incəsənət" qəzetinin baş redaktoru, xalq şairi Nəriman Həsənzadə mətbuatda tez-tez məqalələri dərc olunan Almaz Binnətovanı həmin qəzetə işə dəvət etdi, beləliklə, 1987–1994-cü illərdə "Ədəbiyyat və incəsənət" qəzetində, 1994–1997-ci illərdə Dövlət Əmlak Komitəsinin mətbuat katibi, 1997–2017-ci illərdə isə "Xalq qəzeti"nin "Ədəbiyyat və mədəniyyət" şöbəsində müxbir kimi fəaliyyət göstərmişdi. Eyni zamanda, 1995-ci ildən bu günə qədər AMEA Ədəbiyyat İnstitutunda elmi işçi, baş elmi işçi olmuş, hazırda "Azərbaycan-Türkmənistan-Özbəkistan ədəbi əlaqələri" şöbəsinin müdiri vəzifəsində (2016, şöbənin yarandığı vaxtdan) çalışır. 1995–98-ci illərdə və 2017-ci ildən hal-hazıra kimi Bakı Dövlət Universitetinin "İnformasiya və sənəd menecmenti" fakültəsində müəllimə kimi fəaliyyət göstərir. 1986-cı ildə Milli Kitabxanada çalışdığı illərdə Almaz Binnətova AMEA Nizami adına Ədəbiyyat İnstitutunun dissertantı olaraq "1917–1925-ci illər Azərbaycan poemaları" mövzusunda dissertasiya mövzusu "Demokratiya və milli müstəqillik uğrunda mübarizənin poeziyada əksi (1985–1992)" adlı dissertasiyaya dəyişdirilərək, 1995-ci ildə AMEA Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunda uğurla müdafiə edərək filologiya elmləri namizədi (indiki filologiya üzrə fəlsəfə doktoru) elmi dərəcəsinə layiq görüldü. Daha sonra 15 il sonra elə həmin institutda "XX əsr Azərbaycan ədəbiyyatşünaslığında özbək klassiklərinin yaradıcılığı" mövzusunda doktorluq (2010) dissertasiyası müdafiə etmişdir. Özbəkistanın (bir neçə şəhərinin), Türkiyənin (bir çox şəhərinin), Qazaxıstanın, Türkmənistanın, Qırğızıstanın, Kazanın, Krımın, Gürcüstanın, Rusiyanın və Əfqanıstanın nüfuzlu elmi dərgilərində, almanaxlarında və qəzetlərində elmi məqalələri dərc olunmuşdur. Dünyanın bir çox ölkələrində iştirakçısı olduğu elmi simpozium və konfranslarda özbək ədəbiyyatı, xüsusən Əlişir Nəvaiyə həsr olunmuş məruzələri dinlənilmişdir.
Mükafatları Özbəkistan Respublikası Prezidentinin Fərmanı ilə "Dostluq" ordeni (2022), "Aşıq Ələsgər – 200" qızıl medalı (Bakı, 2022) TÜRKSOY-un "Məhtimqulu Fəraqi −300" medalı (2024) "Xalqlar dostluğu" medalı (Qazaxıstan, 2021) Beynəlxalq Türk Akademiyasının "Gümüş medalı" (Astana, 2022) "Dünya türk istedadları" medalı (Bişkek, 2021) "Qırğız Akın-Yazıçıları" medalı (Qırğızıstan, 2021) "Əlişir Nəvai" medalı (Özbəkistan, 2022) "Əhməd Yəsəvi" qızıl medalı (Almatı, 2023), "Çingiz Aytmatov Qızıl Qələm" medalı (Qırğızıstan, 2024) Özbəkistan Respublikası "Shark Ayoli" Beynəlxalq Qadınlar Elmi İnnovasiyalar və İctimai Fondunun fəxri diplomçusu (2009) "Xurşud Banu Natəvan" mükafatı (2015) Özbəkistan Respublikasının "Daşkənd-2000" beynəlxalq elmi məqalə müsabiqəsinin laureatıdır. AMEA Humanitar Elmlər Bölməsinin "Fəxri Fərmanı"na (2015-dən başlayaraq dəfələrlə) layiq görülmüşdür. AMEA Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutun "İlin alimi" (2015),
Fəxri fərmanlar Özbəkistan Respublikası Əlişir Nəvai adına Daşkənd Dövlət Özbək dili və Ədəbiyyatı Universitetinin Fəxri Professoru — 2020-ci il AMEA Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutun "Fəxri Fərmanı" — 2019-cu il Özbəkistan Yazıçılar Birliyinin Fəxri üzvüdür — 2020-ci il Əlişir Nəvai adına Daşkənd Dövlət Özbək dili və Ədəbiyyatı Universitetinin fəxri adına Gülüstan Dövlət Universitetinin, Miqumi adına Kokand Dövlət Pedaqoji İnstitutunun fəxri adına Fərqanə Dövlət Universitetinin fəxri adına Berdak adına Qaraqalpaq Dövlət Universitetinin fəxri adına Abdulla Qədiri adına Cizzax Dövlət Universitetinin fəxri adına Zahirəddin Məhəmməd Babur adına Əndican Dövlət Universitetinin fəxri adına Urgənc Dövlət Universitetinin "Fəxri Professoru" adına layiq görülmüşdür. 2014-cü ilin avqust ayında Bişkek şəhərində yaradılan "Türk Dünyası Vətəndaşlığı və Türk Dünyası Eğitimciler Birliği" təşkilatina 2015-ci ilin yanvar ayında üzv seçilmişdir. Atilla adlı jurnalın təsisçisi və baş redaktorudur. Türkiyədə, Özbəkistanda və s. ölkələrdə nəşr olunana bir çox Beynəlxalq elmi Jurnalların Redaksiya heyətinin üzvüdür.
Ailə vəziyyəti Ailəlidir. Atilla adlı bir oğlu var. Həyat yoldaşı Hacı Nazim Süleymanov ixtisasca jurnalistdir. Almaz xanım Ülvi Bünyadzadənin və Könül Bünyadzadənin bibisidir.
Kitabları "Almaz Ülvi. Poeziyada milli-azadlıq duyğuları" (Məmməd Araz, Xəlil Rza Ulutürk və Ülvi Bünyadzadənin yaradıcılıqları əsasında). — Bakı, Ağrıdağ, 1998, 115 səh. "Almaz Ülvi. Ülviləşən Ülvim" (Şəhid-şair Ülvi Bünyadzadə haqqında mətbuatda dərc edilmiş məqalələr). — Bakı, Ağrıdağ, 1998, 256 səh. "Almaz Ülvi. Ədəbiyyat ömrü yaşayan əbədiyyat memarı: Heydər Əliyevin Azərbaycan ədəbiyyatına böyük qayğısından, himayədarlığından bəhs olunur) / Red: Nazim Süleymanov. – Bakı: Nurlan, 2004, 80 s. "Almaz Ülvi. Müharibə ağrılarım. Sənədli publisistik düşüncələr, ədəbi qeydlər" — I kitab / Red: Nazim Süleymanov. – Bakı: Nurlan, 2005, 546 s. "Almaz Ülvi. Ədəbi duyğularım: Portretlər, düşüncələr, qeydlər, söhbətlər" — II kitab (AMEA Folklor İnstitutu Elmi Şurasının qərarı ilə çap olunur) / Elmi red.: Hüseyn İsmayılov; Rəyçilər: prof. İsrafil Abbaslı, fil.e.nam. Əziz Ələkbərli. – B.: Nurlan, 2008. 420 s. "Almaz Ülvi. Azərbaycan — özbək (cığatay) ədəbi əlaqələri (dövrlər, simalar, janrlar, təmayüllər)" / Elmi redaktor və ön söz müəllifi: prof. Vaqif Arzumanlı. – Bakı, Qartal, 2008, 334 s. "Almaz Ülvi. Əlişir Nəvai Azərbaycan ədəbiyyatşünaslığında: Məqalələr" / Elmi red.: prof. Vaqif Arzumanlı; Elmi məsləhətçi: fil.e.d. Cənnət Nağıyeva; Toplayan, tərtib edən və nəşrə hazırlayan: fil.ü.f.d. Almaz Ülvi (Binnətova); Rəyçilər: prof. Pənah Xəlilov, prof. Tərlan Quliyev, prof. Süyumə Qəniyeva, filologiya e. n. Akif Bağırov. – B.: Qartal, 2009, 360 s. "Almaz Ülvi. Müdriklik işığında Azərbaycan *2008–2009-cu illərdə* YUNESKO səhifələrində) / elmi redaktor: akademik Akif Əlizadə, məsləhətçi: Aslan Aslanov, AzərTAc-ın direktoru, rəyçilər: akademik Budaq Budaqov, akademik Ömər Eldarov, professor Arif Məlikov, professor Qara Namazov, nəşrə məsul: Nazim Suleymanov. – Bakı, Nurlan", 2009, 160 səh. + şəkilli "Almaz Ülvi. "Göyçə mahalı Kəsəmən: bir kəndin tarixindən səhifələr (elmi – tarixi qeydlər, portretlər, publisistik düşüncələr, səcərələr). I kitab // AMEA Folklor İnstitutu Elmi Şurasının Qərarı ilə çap olunur. Elmi redaktorlar: prof. Hüseyn İsmayilov, prof. Zülfiqar Quliyev, Ön söz: Hüseyn Binnətov, Yavər Kərimov. Buraxılışa məsul: Nazim Süleymanov, Cavanşir Aslanov. – Bakı, CBS, 2012, 592 səh. + rəngli, şəkilli. — Bakı, "CBS", 2011. 592 səh., tiraj 1000. "Almaz Ülvi. Elmin haqq çırağı (akademik Musa Əliyevin həyatı, fəaliyyəti və dövrü)Elmi redaktoru akademik İsa Həbibbəyli. Bakı, Elm, 2015, 186 səh. (şəkilli) "Almaz Ülvi. Almaz Ülvi. Özbək ədəbiyyatı (ədəbi portret cizgiləri, araşdırmalar, müsahibələr)".(AMEA Nizami adına Ədəbiyyat İnstitutunun Elmi Şurasının 19 may 2016-cı il 04 saylı qərarı ilə nəşr olunur) / Elmi redaktor və ön sözün müəllifi: akademik İsa Həbibbəyli; Rəyçilər: Prof. Dr. Nüşabə Araslı, Prof. Dr. Suyima Qəniyeva; Red: Doç. Dr. Sırderyahan Utanova. – B.: Elm və təhsil, 2016, 314 s. "Olmos Ulviy. O’zbek adabiyoti va Ozarbayjon (tadqiqotlar, adabiy portretlar)". Mas’ul muharrir va so’zboshi mualliflari: prof.dr. Qozoqboy Yo’ldoshev, doç.dr. Sirdaryoxon O’tanova. — Toshkent, Kamalak-PRESS, 2016. 216 bet. "Almaz Ülvi. İsmayıl Məmmədli və b. Azərbaycanca-özbəkcə, özbəkcə-azərbaycanca lüğət (25000 söz)": Lüğət AMEA Nəsimi adına Dilçilik İnstitutunun Elmi Şurasının 18 yanvar 2019-cu il və Özbəkistan EA Ədəbiyyat, Dil və Folklor İnstitutunun Elmi Şurasının 12 aprel 2019-cu il qərarları ilə nəşr olunur / Nəşrin redaktorları: prof. İsmayıl Məmmədli, prof. Nizaməddin Mahmudov; Elmi məsləhətçilər: akademik İsa Həbibbəyli, professor Şuhrat Siracəddinov; Tərtibçi müəlliflər: prof. İsmayıl Məmmədli, fil.ü.f.d. Almaz Ülvi (Azərbaycanca-Özbəkcə), dilşünas Babaxan Məhəmməd Şərif, şərqşünas-filoloq Şohista Kamranlı (Özbəkcə-Azərbaycanca); Rəyçilər: akademik Möhsün Nağısoylu, Özbəkistan Elmlər Akademiyası Dil, Ədəbiyyat və Folklor İnstitutu Lüğətşünaslıq şöbəsinin müdiri, fil.e.nam., dosent Abduvahab Mədvəliyev. – T.: Savad, 2019. – 506 s. "Almaz Ülvi. Şərq təzkirəçilik tarixindən": Dərs vəsaiti (Bakı Dövlət Universitetinin 10.05.2019-cu il tarixli R–56 saylı əmri ilə ali məktəb tələbələri üçün dərs vəsaiti kimi nəşr hüququ verilmişdir) / Red: Abuzər Xələfov; ixtisas red. N. İ. İsmayılov ; Rəyçilər: prof. Kamandar Şərifli, prof. Ülkər Nəbiyeva, ped.ü.f.d. Sima İsmayılova. – Bakı: Avropa, 2019. 166 s.