Lox Ness (, ) — Şotlandiyanın sahəsinə görə ikinci ən böyük gölü. Şirin sulu olan bu göl su həcminə görə ölkədə birincidir. Ümumi xarakteriska Göl Qreyt Qlen yüksəkliyində yerləşib. İndiyə qədər bütün dünyanın geoloqları Qreyt Qlenin tektonik quruluşu haqqında mübahisə edirlər. Göl üzərində olan böyük dalğalara, köpüklərə, tez-tez təkrar olunan zəlzələlər təsir edir. Buzlaq mənşəli olan bu gölün şəffaflığı o qədər də yüksək deyil. Səbəb torf ehtiyatının yüksək konsentrasiyasıdır. Gölün kənarında Urkxart qəsəbəsi və qəsri yerləşir. Lox Ness gölü hal hazırda Kaledon kanalının bir hissəsidir. Kanalın tikintisi zamanı gölün səviyyəsi 3 m. qaldırılmış.Səbəb kanalda olan ümumi hərəkəti asanlaşdırmaq olub. Uzunluğu 37 km olan göldə bir təbii ada olsa da, çoxlu süni adalar var. Bu adalar əslində krannoqlardı. Krannoqlar tarixən insanların yaşayış yerilər olmuş.

Fauna və flora Böyük Britaniyanın ən zəngin fauna və florasına malik olan bu göldə Qızılbalıqlar, İlan balığı, Kumja, Durnabalığı və s geniş yayılmışdır. Göl ətrafında palıd, göyrüş, adi fındıq və şam ağacı bitkiləri üstünlük təşkil edir. Gölün ətrafındakı heyranedici mənzərələr istənilən turisti heyran qoya bilər.

Lox Ness əjdahası

Göl təkcə öz gözəlliyi ilə məşhur deyil. Lox Ness gölü dünyanın ən sirli yerlərindən biri hesab olunur. Bu isə Lox Ness bədheybətinin – Nessinin sayəsindədir. Təəssüf ki, hələ heç bir mütəxəssis göl üzərində qurulmuş videokameralara baxmayaraq onun mövcudluğunu sübut edə bilməmişdir.

Şəkillər

İstinadlar

Kateqoriya:Şotlandiya coğrafiyası Kateqoriya:Şotlandiya gölləri