thumbnail|Təşkilatın keçirdiyi aksiyalardan biri Həmkarlar İttifaqı Polşa Birliyi və ya qısaca OPZZ () — Polşanın 2 əsas həmkarlar ittifaqı təşkilatından biri.

Tarixi 24 noyabr 1984-cü ildə yaranmışdır.

Tərkibi Təşkilatın 3 milyon üzvü var, bunların 500 mini təqaüdçüdür.

Fəaliyyəti OPZZ "Solidarnost" ilə birlikdə Polşanın əsas müəssisələrində sahibkarlar, işçilər və hökumət arasında dialoqun əldə olunması üçün iqtisadi və sosial məsələlər üzrə üçtərəfli komitənin işində iştirak edirlər. Müvafiq komitənin əsas məqsədi sosial tarazlığı qorumaq üçün əməkhaqları və müavinətlər, vergi öhdəlikləri, büdcə və digər məsələlərə aid danışıqların aparılmasıdır.

Beynəlxalq münasibətlər Beynəlxalq Həmkarlar İttifaqları Konfederasiyasının üzvüdür.

Həmçinin bax Solidarnost

Mənbə Afaq HÜSEYNOVA. Polşanın həmkarlar ittifaqları . "Ülfət" qəzeti, 04.05.2012.

Kateqoriya:Polşa həmkarlar ittifaqları Kateqoriya:1984-cü ildə yarananlar