Niderland Krallığı () və yaxud da digər adı ilə Hollandiya Krallığı — Qərbi Avropa və Karib hövzəsində toprağı olan bir suveren dövlət və konstitusiyalı monarxiya. Aruba, Kürasao, Niderland və Sint-Marten olmaq üzrə dörd ölkədən ibarətdir. Ancaq reallıqda, krallığın işlərinin çoxunu əhalisinin və sahəsinin 98 %-ini təşkil edən Niderland idarə etməkdədir. Bu səbəbdən digər üç ölkə, müəyyən qədər öz parlamentləri vasitəsilə muxtar olsa da xarici siyasət və müdafiə məsələlərində Niderlanddan asılıdırlar.
Niderlandın torpaqlarının çoxu Avropadadır. Yalnız Niderlanda aid 3 özəl bələdiyyədən – Boneyr, Sint-Estatius və Sabadan ibarət Karib Niderlandı ərazisi Karib dənizindədir. Aruba, Kürasao və Sint-Marten də Karib dənizindədir.
Krallığın xronologiyası Dövr Ölkələr Dəyişikliklər 1954-1975 Niderland Niderland Antil adaları 32px Surinam Niderland Krallığı Xartiyası imzalandı. 1975-1986 Niderland Niderland Antil adaları Surinam müstəqilliyini əldə etdi və Surinam Respublikası oldu. 1986-2010 Aruba Niderland Niderland Antil adaları Aruba Niderland Antil adalarından ayrıldı və ayrı bir ölkə oldu. 2010-günümüz Aruba Kürasao Niderland Sint-Marten Niderland Antil adaları dağıldı. Karib Niderlandı Niderlandın özəl bələdiyyəsi olarkən Kürasao və Sint-Marten də ayrı ölkə oldular.
Qeydlər
Xarici keçidlər
The Charter for the Kingdom of the Netherlands (pdf) Chief of State and Cabinet Members
Kateqoriya:Avropa İttifaqına üzv dövlətlər Kateqoriya:BMT üzvü olan ölkələr Kateqoriya:Aralıq dənizi İttifaqına üzv dövlətlər Kateqoriya:NATO üzvü olan ölkələr Kateqoriya:Konstitusiyalı monarxiyalar