Cozef Çeşir Kotten (; 15 may 1905, Virciniya, ABŞ — 6 fevral 1994, Kaliforniya, ABŞ) — ABŞ aktyoru, Hollivud səviyyəsində ilk uğurlarını 1940-cı illərin əvvəllərində "Vətəndaş Keyn", "Şübhə kölgəsi" və "Sevgi məktubları" filmlərilə əldə etmişdir.
Erkən həyatı Cozef Çeşir Kotten 15 may 1905-ci ildə Pitersberqdə anadan olmuşdur. Kotten Vaşinqtondakı Hikman aktyorluq məktəbini bitirdikdən sonra bir müddət reklam agenti işləmişdir. Sonrakı işi teatr tənqidçisi olduğuna görə, Kotten tez-tez teatr quruluşlarında iştirak edirdi. Əvvəlcə Virciniyada, sonralar isə Nyu-Yorkda ilk dəfə aktyor kimi özünü sınamışdır.
Orson Uellslə əməkdaşlıq Cozef Kotten 1930-cu ildə Brodveydə debüt edərkən yaradıcılığa yeni başlamış aktyor və rejissor Orson Uellslə tanış olmuşdur. Sonradan bu tanışlıq onları ən yaxın dosta çevirmişdi. 1937-ci ildə Kotten Uellsin teatr şirkətinə gedir və orada "Başmaqçının bayramı" və "Yuli Sezar" tamaşalarında baş rolları ifa edir. Onların əməkdaşlığı teatrla məhdudlaşmırdı. 1938-ci ildə Kotten onun "Dünyaların müharibəsi" radio tamaşasında uğurlu rol ifa etmişdi. Bu işdə iştirakı "RKO Pictures" kinostudiyasının diqqətini cəlb edir və studiya elə həmin ildə aktyorla müqavilə imzalayır. thumb|left|240px|"Vətəndaş Keyn" filmindən kadr. Cededay Liland rolunda Bir ildən sonra Kotten Orson Uellsin "Həddindən artıq Conson" filmində çəkilməklə böyük ekranda debüt etdi. Film Uilyam Jillettin eyniadlı komediyası əsasında çəkilmişdi. 1939-cu ildə aktyor yenidən Brodveyə qayıdır və orada Filip Barrinin "Filadelfiya əhvalatı" tamaşasında çıxış edir. 1940-cı ildə Orson Uells "Vətəndaş Keyn" kult filminin çəkilişlərinə başlayır. Beləliklə, Cozef Kotten həmin filmə dəvət alır və orada Cededay Liland rolunu ifa edir. ABŞ kino tənqidçilərinin sərt mövqeyinə baxmayaraq, film 1940-cı illərin ən parlaq dramlarından birinə çevrildi.
Uzun illər Uellslə dostluq münasibətlərini qoruyub saxlayan Kotten 1942-ci ildə onun daha bir filmində göründü. Bu "Möhtəşəm Embersonlar" filmi idi. Bundan bir il əvvəl isə, onlar Riçard Kollins və Ben Hektlə birlikdə "Qorxuya səyahət" filminin ssenarisini yazmışdılar. Həmin filmdə də Kotten əsas rollardan birini oynamışdı. Uells və Kotten əməkdaşlığının sonuncu böyük nümunəsi kimi 1949-cu ildə çəkilmiş "Üçüncü adam" nuar filmini misal göstərmək olar.
Hollivud fəaliyyəti Cozef Kottenin kino yaradıcılığının əsas xətti onun təkcə Orson Uellslə əməkdaşlığı ilə məhdudlaşmır. Aktyor bundan başqa Alfred Hiçkokun "Şübhə kölgəsi" triller filmində (1943) qatil Çarli və Corc Kyukorun "Qaz işığı" filmindəki (1944) Brayan Kameron kimi fərqli rolları ifa edərək Hollivudda özünü universal aktyor kimi təsdiq etmişdi. 1940-cı illərin ortalarında mütəmadi olaraq tanınmış aktrisa Cennifer Cons onunla filmlərdə tərəf-müqabil olurdu. Onlar "Siz gedəndən" (1944) hərbi dramında, "Sevgi məktubları" (1945) romantik dramında, "Günəş altında duel" (1946) vesternində və "Cenninin portreti" (1948) fantastik filmlərində birlikdə çəkilmişdilər. Həmin onilliyin sonunda aktyor yenidən Hiçkokdan dəvət alır və bu dəfə onun "Oğlaq nişanəsi altında" (1949) filmində şübhəli keçmişi olan Avstraliyalı mülkədar rolunda çəkilir.
1950-ci illərin gəlişi Cozef Kottenə "Sentyabr fırıldağı" (1950) filmindəki Devid Lourens, eləcə də Merilin Monro ilə tərəf-müqabil olduğu "Niaqara" nuar filmindəki Corc Lumis rollarını qazandırır. Onilliyin ortalarında aktyor böyük ekranı televiziyaya dəyişdi. Orada Kottenin şəxsi şousu efirə çıxırdı. 1950-ci illərin sonunda o, "Şərin möhürü" filminə çəkilməklə yenidən böyük ekranda görünür. Beləliklə, bir daha Orson Uellsin filmində rol alan aktyor bu dəfə epizodda iştirak edir. Ardınca isə Jül Vernin əsəri əsasında çəkilmiş "Aydan Yerə" filmində Viktor Barbiken rolunu ifa edir.
1960-cı ilin əvvəlində Cozef Kottenin ilk həyat yoldaşı Lenor Kipp leykemiyadan vəfat edir. Onlar hələ 1931-ci ildə ailə qurmuşdular. Elə həmin ildə aktyor ikinci dəfə aktrisa Patrisiya Medina ilə evlənir. 1964-cü ildə təxminən artıq 10 illik ikinci plan aktyoru kimi çıxış edən aktyor Robert Oldricin "Sakit ol, sakit ol, mehriban Şarlotta" trillerində aktrisalar Bett Deyvis və Oliviya de Hevillendlə yanaşı, baş rollardan birinə çəkilir. Artıq həmin onilliyin bir hissəsinə çevrilmiş aktyor kinoda çəkilişlərini davam etdirir. Bundan başqa həm də televiziyada "Ed Sallivanın şousu"nda xüsusi qonaq kimi iştirak edirdi.
Sonuncu rollar Cozef Kotten artıq 1970-ci illərdə tamamilə ikinci dərəcəli aktyora çevrilir və "Tora! Tora! Tora!" (1970), "Dəhşətli həkim Faybs" (1971), "Yaşıl soylent" (1973), eləcə də "Aeroport-77" (1977) filmlərinə çəkilir. "Aeroport-77" filmində onunla yanaşı, Cek Lemmon, Ceyms Stüart, Kristofer Li və Oliviya de Hevillend kimi bir sıra məşhur Hollivud ulduzları da iştirak edirdi. Aktyorun sonuncu yaddaqalan obrazı "Cənnətin darvazası" (1980) vesternində ifa etdiyi Reverand rolu olur. Lakin film tamaşaçıların və tənqidçilərin mənfi rəylərinə məruz qalır. Nəticədə cəmi bir həftədən sonra prokatdan çıxarılır. Buna baxmayaraq, film "Oskar" mükafatına namizəd oldu və Kann kinofestivalının Qızıl Palma Budağı da daxil olmaqla, bir neçə mükafata layiq görüldü.
1981-ci ildə 75 yaşlı aktyor, peşə fəaliyyətini başa vurdu. Bundan sonra o, həyat yoldaşı Patrisiya ilə birlikdə Kaliforniya ştatının Vestvud şəhərciyindəki evində məskunlaşaraq hər kəsdən uzaqlaşdı.
1987-ci ildə aktyorun tərcümeyi halı dərc olunur. Bu cəmiyyət arasında böyük marağa səbəb olur və elə həmin an bestsellerə çevrilir.
Cozef Kotten 6 fevral 1994-cü ildə boğaz xərçənginin ağırlaşmış formasına çevrilən sətəlcəm xəstəliyindən vəfat etmişdir. Onun övladı yox idi, yalnız ikinci nikahından bir ögey qızı vardı. Aktyor Virciniya ştatının Pitersberq şəhərində dəfn olunmuşdur.
Maraqlı faktlar Aktyorluq fəaliyyətinin geniş əhatə dairəsində olmasına və klassika hesab edilən bir çox kinofilmlərdə çəkilməsinə baxmayaraq, Cozef Kotten heç vaxt "Oskar"a və ya digər nüfuzlu kino mükafatlarına namizəd göstərilməmişdir. Uzun illər çalışdığı karyerası boyu, onun yeganə mükafatı Volpi Kuboku olmuşdu. Kotten bu mükafata "Cenninin portreti" filmində ifa etdiyi rola görə 1949-cu il Venesiya Kino Festivalında layiq görülmüşdü.
Cozef Kotten Hollivudun "Şöhrət xiyabanı"nda ulduza malikdir.
2008-ci ildə "Mən və Orson Uells" filmi ekranlara çıxmışdır. Bu filmdə Cozef Kottenin obrazını Kanada aktyoru Ceyms Tapper oynamışdı.
Filmoqrafiya İl Azərbaycanca adı Orijinal adı Rol1938 Həddindən artıq Conson Ohastes Billinqs1941 Vətəndaş Keyn Cededay Liland1941 Lidiya Maykl Fitspatrik1942 Möhtəşəm Embersonlar Yucin1943 Şübhə kölgəsi Çarli1943 Qorxuya səyahət Hovard Qrem1943 Onun vermədiyi Bill Morli1944 Qaz işığı Brayan Kameron1944 Siz gedəndən leytenant Toni Uillett1944 Görüşənədək Zaxari Morqan1945 Sevgi məktubları Allen Kuinton1946 Günəş altında duel Cess Makkenls1947 Fermerin qızı Qlenn Morli1948 Cenninin portreti İben Adams1948-1971 Ed Sallivanın şousu qonaq1949 Üçüncü adam Holli Martins1949 Oğlaq nişanəsi altında Sem Flaski1949 Meşə tərəfdə Lüis Molin1950 Qərbin iki bayrağı Kley Taker1950 İradəsiz, qərib gəzinti Kris Heyl1950 Sentyabr fırıldağı Devid Lourens1950 Yerə gələn hekayəçi1951 Yarımələk Con Reymond1951 Pekin ekspressi Maykl Baxlin1951 Bəhanə edən adam Düpin1952 Otello senator1952 Hüdudsuz itaətsizlik Kirk Denbou1952 Möhkəm tələ Cim Osborn1953 Misir hekayəçi1953 Niaqara Corc Lumis1953 Qatilin təsviri Vitni Kameron1954 Brilyant yubileyin işıqları özü1954-1955 Brodveyin ən yaxşıları Den Makkorn1955 Xüsusi çatdırma Con Adams1955 Alfred Hiçkok təqdim edir Uilyam Kalleu1955-1956 Ulduz səhnəsi Aleksandr Holms1956 Butulkanın dibi P. M.1956 Ford teatrı Con Eşbörn1956 Qatil sərbəstdir Sem Vaqner1957 Hellidey möhürü Deniel Hellidey1957 Telefon zamanı Cozef P. Fiff1958 Şübhə Qreqq Keri1958 Alfred Hiçkok təqdim edir Toni Quld1958 Şərin möhürü detektiv1958 Aydan Yerə Viktor Barbiken1959 Alfred Hiçkok təqdim edir Kurtni Masterson1960 Qırmızı geyimli mələk Havtorn1960 Şah və mat doktor Corc Mallinson1961 Sonuncu qürub Con Brekenric1961 Avtobus dayanacağı professor Uilrayt1962 Müqəddəslər və müqəssirlər Preston Kuper1963 Böyük macəra Mihan1964 Sakit ol, sakit ol, mehriban Şarlotta Drü Beyliss1965 Böyük Siu qırğını Markus Rino1965 Pul tələsi doktor Van Tilden1965 Avaralar Templ Kordin1966 Oskar Kennet H. Riqan1966 Qəddarlar Conas1967 Böyük Kanyonun parıltısı Cim Ouen1967 Brilyantların Ceki 1967 Bəziləri yaşaya bilər Vudvard1968 Böyük İsgəndər Antiqonus1968 Petuliya cənab Danner1968 Ağ komanç şerif Loqan1969 Sıfırıncı en dairəsi Kreiq Makkenzi1970 Cırcırama Morqan1970 Tora! Tora! Tora! ABŞ hərbi naziri Henri Stimson1971 Dəhşətli həkim Faybs doktor Vesalius1971 Qadın Frankenşteyn Baron Frankenşteyn1972 Məhşər səyahəti Ceyson1972 Qan baronu Baron Otto fon KleyistAlfred Bekker1972 Elmi qumarbaz Corc1973 İblisin qızı Cadq Vezebay1973 Yaşıl soylent Saymonson1973 Zərif tarazlıq Harri1974 Saxta F 1975 Sindikat sadistləri Paterno1975 Ağac avaralar xəsis1976 Qaranlıqda pıçıltı professor1977 Alatoranın son şüası katib1977 Aeroport-77 Nikolas1978 Sakitlik və dünyanın təhlükəsizliyi Foster Conson1978 Karvan Krandall1978 Mükəmməl cinayət Artur Dendi1979 Bədheybətlər adası professor Ernest Marvin1979 Konkord məsələsi Milland1979 Qayana: əsrin cinayəti Riçard Qeybl1980 Ölü arabası Volter Pritçard1980 Kazino Ed Buker1980 Cənnətin darvazası doktor Reverand1980 Yanlış İvar Lanqrok1981 Yaşayan keşiş
İstinadlar
Mənbə
. New York: MovieMaker, archived 2007–06-18 from the original at the Internet Archive. Retrieved 2013–08-29. Kneebone, John T., et al., eds. Dictionary of Virginia Biography (Richmond: Library of Virginia, 1998–), 3:478–481. ISBN 0-88490-206-4.
Xarici keçidlər
The Joseph Cotten Pages fan site 1959–08-02 Joseph Cotten – Red Cloud Mesa (Audio file, 20 mins) Photographs and literature
Kateqoriya:ABŞ aktyorları Kateqoriya:ABŞ ssenaristləri Kateqoriya:Virciniyada doğulanlar Kateqoriya:Kaliforniyada vəfat edənlər Kateqoriya:Los-Ancelesdə vəfat edənlər Kateqoriya:Kaliforniya ssenaristləri