Madriddə 2 may 1808 və ya Məmlüklərin Hücumu () — İspaniya rəssamı Fransisko Qoyyanın çəkdiyi rəsm əsəri. Rəsm əsəri "Madriddə 3 may 1808"lə birlikdə 1814-cü ildə çəkilmişdir. Hazırda Madriddə yerləşən Prado muzeyində sərgilənməkdədir.

Tarixi 1808-ci ildə fransızlar İspaniyanı işğal etmişlər. Napoleon Bonapart Portuqaliyanı tutmaq bəhanəsi ilə İspaniyanı tutmaq və idarəni qardaşı Jozef Bonaparta buraxmaq istəyirdi. İspaniya kral ailəsini ortadan qaldırmaq məqsədi Madriddə böyük üsyana səbəb olmuşdur. Bu üsyan 2–3 may 1808 tarixlərində frnasız general Yoahim Müratın başçısı olduğu orduya qarşı baş vermişdir.

Əsərdə fransızlara tərəf döyüşən məmlüklər ilə ispan üsyançılar arasındakı döyüş təsvir olunur. İspanlar məmlüklərə hücum edərək böyük vəhşətə və döyüşə səbəb olurlar.

Rəsm əsəri Puerta del Sol yaxınlığındakı Kalle de Alkalda çəkilmişdir.

Əsər Bu əsər 1814-cü ildə fransızların İspaniyanı tərk eməsindən sonra İspaniyanın müvəqqəti hökuməti tərəfindən sifariş edilmişdir. Bu hökumət daha sonra yerini VII Fernandoya buraxacaqdı. Rəssam Madrid xalqını soyuq silahlardan istifadə edən, bilinməyən qəhrəmanlar kimi təsvie etmişdir. Bu isə kralı məmnun etməmişdir. Bu səbəbdən hər iki tablo uzun illər sərgilənməmişdir.

Qoyya hər iki əsərdə xaotik üsluba üstünlük vermişdir. Beləcə əsərlər daha gerçəkçi alınmışdı.

Həmçinin bax Madriddə 3 May 1808

İstinadlar

Kateqoriya:Fransisko Qoyyanın rəsm əsərləri Kateqoriya:1814-cü ildə çəkilmiş rəsm əsərləri Kateqoriya:Madrid tarixi Kateqoriya:Alleqorik rəsm əsərləri Kateqoriya:İncəsənətdə atlar Kateqoriya:İspan rəssamlarının Prado muzeyindəki əsərləri Kateqoriya:Napoleon müharibələri haqqında əsərlər Kateqoriya:Ölüm haqqında rəsm əsərləri Kateqoriya:Romantik rəsm əsərləri Kateqoriya:Tarixi rəsm əsərləri Kateqoriya:Üsyanlar haqqında əsərlər Kateqoriya:Uydurmada Madrid Kateqoriya:Atları təsvir edən rəsmlər Kateqoriya:Kətan üzərində yağlı boya ilə çəkilmiş rəsmlər