Liquriya dənizi - Adını sahillərində yaşayan Liqur qəbiləsinin adından götürmüşdür. Aralıq dənizinin bir hissəsi olaraq Korsika, Elba adaları və Qunuez körfəzi ilə əhatələnir. Sahillərində Fransa, Monako və İtaliya kimi ölkələr yerləşir. Sahəsi 15,000 km², orta dərinliyi 1200 metr təşkil edir. Ən dərin yeri 2546 metrdir. Suyunun temperaturu qış ayları 13 s, yayda isə 23,5 s, duzluğu 38 ‰ təşkil edir. Sahilləri hündür və qalalıdır, bəzi yerlərdə isə qumlu çimərliklərə rast gəlinir. Sahilində ən böyük kurort-turizin mərkəzi Riveradır. Əsas limanlar Genuya, Savona (İtaliya), Spesiya, Nissa (Fransa).
Mənbə Liquriya dənizi
Kateqoriya:İtaliya dənizləri Kateqoriya:Atlantik okeanın dənizləri Kateqoriya:Avropa dənizləri Kateqoriya:Fransa dənizləri Kateqoriya:Aralıq dənizi dənizləri Kateqoriya:Liquriya dənizi Kateqoriya:Monako coğrafiyası Kateqoriya:Qərbi Avropa coğrafiyası Kateqoriya:Cənubi Avropa coğrafiyası