Olqa Vladimirovna Rozanova (; ) — rus avanqard rəssam.
Həyatı Olqa Rozanova 21 iyun 1886-cı ildə Vladimir vilayəti yaxınlığında kiçik bir şəhərdə anadan olmuşdur.
O, 1904-cü ildə Moskvada K. Bolşakov və Konstantin Yuon incəsənət studiyalarına qatılmışdır. Eyni zamanda Stroqanov adına Moskva Dövlət Tətbiqi İncəsənət Universitetində də təhsil almışdır. 1911-ci ildə o, rus avanqard sənət jurnalı, "Gənclər Birliyinin" (Союз Молодежи) ən fəal üzvlərindən biri oldu.
1912-ci ildə Olqa Rozanova Futurist şairlər Velimir Xlebnikov və gələcək həyat yoldaşı Aleksey Kruçenıx ilə dostluq etməyə başladı.
Olqa Rozanova 1916-cı ildə Aleksey Kruçenıx ilə evləndi və Kazimir Moleviçin təsis etdiyi, rus avanqard rəssamların (Aleksandra Ekster, Liubov Popova, İvan Puni, Kseniya Boguslavskaya, Nadejda Udaltsova, Nina Genke və başqaları) olduğu, Supremus (Suprematizm)qrupuna qatıldı. Eyni il digər suprematist rəssamlar ilə Olqa Rozanova Verbovka Xalq Mərkəzində işləyib.
Olqa Rozanova 7 noyabr 1918-ci ildə Moskvada vəfat etmişdir.
thumb|200px|right|Smithy, 1912
İstinadlar
Kateqoriya:Rus rəssamlar Kateqoriya:Difteriyadan ölənlər Kateqoriya:Rusiya imperiyası rəssamları Kateqoriya:Rusiya rəssamları Kateqoriya:Rus dilində ədəbiyyat Kateqoriya:Ukrayna rəssamları