III İnnokenti (, dünyəvi adı — Lotario Konti, Senyi qrafı, Lavanyi qrafı, ; ) — 8 yanvar 1198-ci ildən 16 iyul 1216-cı ilədək Roma papası.
Həyatı
İlk illər Lotario təxminən 1161-ci ildə İtaliyada Ananyi yaxınlığında yerləşən Qavinyanoda anadan olmuşdur. Onun atası Trazimondo qrafı, Romaya 9 papa (o cümlədən IX Qriqori, IV Aleksandr, XIII İnnokenti) bəxş edən tanınmış Konti evinin üzvü idi. Lotario papa III Klimentin qohumu idi. Onun anası Klarisiya Skotti də tanınmış Roma ailələrindən birində anadan olmuşdur.Jane Sayers, 'Innocent III: Leader of Europe 1199–1216' London 1994, p.16.
Lotario ibtidai təhsilini Romada, ehtimallara görə müqəddəs Andrey benedikt abbatlığında almışdır.Jane Sayers, 'Innocent III: Leader of Europe 1199–1216' London 1994, p.17. O, Paris universitetində ilahiyyatı, Boloniya universitetində hüququ öyrənmişdir.Jane Sayers, 'Innocent III: Leader of Europe 1199–1216' London 1994, p.21. Papa III Aleksandrın ölümündən (30 avqust 1181) dərhal sonra Lotario Romaya qayıtmış və papa III Lusiyanın, III Urbanın, VIII Qriqorinin və III Klimentin hakimiyyəti dövründə müxtəlif kilsə vəzifələrini tutmuşdur. O, 1190-cı ilin sentyabrında III Kliment tərəfindən kardinal təyin edilmişdir.
Kardinal Lotarionun yazdığı "De Miseria Humanae conditionis" John C. Moore, "De Miseria Humanae Conditionis: A Speculum curiae? Catholic Historical Review 67 (1981), 553–564. əsərinin 700-dən çox əlyazması bu gün də saxlanmaqdadır..
Papa seçilməsi 8 yanvar 1198-ci ildə papa III Selestin vəfat etdi. Ölüm qabağı o, kardinal kollegiyasına Covanni Kolonnanı öz xələfi kimi papa seçilməsini təklif etmişdir, lakin kardinallar bu tövsiyəni həzərə almamış və elə həmin gün Papa taxtına Lotario de Kontini seçmişlər. O, bu vəzifəni könülsüz qəbul etmiş və III İnnokenti adı ilə 37 yaşında 176-cı Roma papası olmuşdur.
Mənbə Jane Sayers, 'Innocent III: Leader of Europe 1199–1216' London 1994, p. 16 — III İnnokentinin yəhudilər haqqında fərmanları. Sayers, Jane. Innocent III: Leader of Europe, 1198–1216. London, 1994. Moore, John C. Pope Innocent III (1160/61–1216): To Root Up and to Plant. Leiden/Boston: Brill, 2003; Notre Dame IN: U. of N. D. Press, 2009 (pb, lacking illustrations).
İstinadlar
Xarici keçid
Kateqoriya:Papalar Kateqoriya:XII əsr papaları Kateqoriya:İtalyan papalar