Sulavesi dənizi () (Bəzən Selebes dənizi adlandırırlar) — Sakit okeanında adalar arası dəniz olaraq Sulavesi, Kalimantan, Mindanao, Sanqixe və Sulu arxipelaqı arasında yerləşir. Sahəsi 435,000 km², dərinliyi 6220 m təşkil edir. Temperatur il ərzində 27-28 C arası dəyişir. Duzluğu 34,5 ‰ təşkil edir. Sulu arxipelaqında çoxlu mərcan rifləri vardır. Kalimantan sahilləri alcaqdır və meşələrlə örtülüdür. Ərazidə əsas cərəyanı Mindanaodur. Əsas limanları Venanq (Sulavesi), Tarakan (Tarakan).

Mənbə Okean haqqında məlumatlar

Kateqoriya:Sakit okeanın dənizləri Kateqoriya:İndoneziya dənizləri Kateqoriya:Filippin dənizləri Kateqoriya:Asiya dənizləri