Krka Milli Parkı () — adını onu əhatə edən Krka çayından alan Xorvatiya milli parkı. Milli park Krka çayını aşağı axacağında, mərkəzi Dalmatiyada, Şibenik-Knin qraflığında, Milyevki bölgəsində yerləşir. Şibenik şəhərinin sadəcə bir neçə kilometr şimal-şərqindədir.Carter, Francis W. and David Turnock (2002). Environmental problems of East Central Europe , Routledge 2nd ed. p. 345. ISBN 0-415-17403-1 Milli park Krka çayını qorumaq üçün qurulmuş və elmi, mədəni, təhsil, turizm fəaliyyətləri üçün nəzərdə tutulmuşdur. Xorvatiyanın 7-ci milli parkıdır və 1985-ci ildə milli park elan edilmişdir.

Coğrafiya Milli park tamamilə Şibenik-Knin qraflığında yerləşir və Krka çayı boyunca 109 km2 sahəni əhatə edir: Knindən Skradinə qədər 2 km çay axını boyunca və Çikola çayının aşağı hissəsi. Krka Milli Parkı təbiətin dəyişdirilməyən geniş regionlarından biridir və bir çox cüzi dəyişdirilmiş ekosistemlərə sahibdir.

Ətraf mühit thumb|left|250px|Krka çayı

Flora Krka Milli Parkı Cənubi Avropa regionuna daxildir. (Aralıq dənizi iqlimi) Yerləşmə mövqeyinə və müxtəlif tip ekosistemlərin yayılmasına görə ərazi zəngin flora və faunaya sahibdir.

Milli park ərazisində 860 bitki növü və yarımnövü müəyyən olunmuşdur. Bu növlərə endemik sayılan İllirian-Adriatik növləri də daxildir.

Fauna Milli parkdakı Krka çayında aralarında 10 endemik olmaq üzərə 18 növ balıq yaşayır. Kumja və Dalmatiya çəkisi də milli park sakinləri arasındadır.

Bataqlaşmış çəmənliklərdə quşlar və amfibilər, cəngəlliklərdə sürünənlər yaşayır. thumbnail|Milli parkın emblemi Milli park ərazisində 222 quş növü müşahidə olunmuşdur. Yaz və payız aylarında buraya bir çox quş növü miqrasiya etdiyindən Avropa üçün ən əhəmiyyətli regionlardan biridir. Milli parkda bir çox yırtıcı quş növü məskunlaşmışdır: çay qaraquşu, ilanyeyən, qırğı qartal, bığlı qızılquş, şahin, və s. Qızılı qızlarquşu, adi yapalaq, ağbaş kərkəs digər əhəmiyyətli quş növləridir.

Məməlilərə gəldikdə burada çox nadir və nəsilləri kəsilmək üzrə olan 18 yarasa növü yaşayır: uzun barmaqlı yarasa, Daubenton yarasası və s. Bayağı su samuru milli parkdda nəsli təhlükədə olan məməli növüdür.

Ria Krka çayının dənizə töküldüyü yerdə Dördüncü dövr buzlaşmasından sonra Adriatik dənizinin 135 m qalxması və çay yatağının subasması nəticəsində ria əmələ gəlmişdir.

Görməli yerlər left|Visovaç adası|thumb Visovaç adası thumbnail|Milli parkın xəritəsi Milli parkın daxilində yerləşən Visovaç adası Macarıstan kralı I Luiz dövründə kəşf olunmuşdur. Adada fransiskanlara məxsus qədim katolik Visovaç monastırı yerləşir və 1445-ci ildə tikilmişdir.Oliver, Jeanne Croatia , Lonely Planet 4th ed. p. 187. ISBN 1-74104-475-8 Bununla yanaşı milli park ərazisində Şərq Ortodoks Kilsəsinə məxsus və 1345-ci ildə inşa olunmuş Krka monastırı da yerləşir. Adanı qayıqla ziyarət etmək mümkündür.

Krka monastırı Ortodoks Dalmatiya Yeparxiyasının mərkəzidir. Haqqında ilk məlumatı 1402-ci ildə Serbiya imperatoru Duşanın bacısı Yelena Şubiç tərəfindən verilmişdir. Monastır daha sonra XVIII əsrdə yenidən təmir olunmuşdur.

Panorama

İstinadlar

Xarici keçidlər

Rəsmlər

Kateqoriya:Xorvatiya milli parkları Kateqoriya:1985-ci ildə yaradılmış qoruq əraziləri Kateqoriya:Şibensko-Knin