"Tiraspol" FK — Moldovanın Tiraspol şəhərini təmsil edən peşəkar futbol klubu. Hazırda Moldova çempionatında oynamaqdadır.
1992-ci ildə "Konstruktorul Kişinyov" adı ilə qurulmuşdur. 1996-cı ildə Moldova çempionatına yüksəlmişdir və 1997-ci ildə Moldova çempionatının qalibi olmuşdur. 1996-cı ildə və 2000-ci ildə Moldova kubokunu qazanmışdır. Klub 2001-ci ildə Tiraspola köçəndən sonra Çorburçi qəsəbəsində iqamət etməyə başlamışdır. Dnestryanı Respublikasını təmsil etsə də Moldova çempionatında çıxış edir.
Tarixi
Konstruktorul Kişinyov Klub 1992-ci ildə Konstruktorul Kişinyov adı Moldovanın paytaxtı Kişinyovda ilə qurulmuşdur. 1996-cı ildə klub Moldova çempionatına yüksəlmiş və Moldova kubokunun finalında "Tiliqul Tiras"ı 2:1 məğlub etmişdir. Növbəti mövsüm isə şəhərin digər komandası "Zimbru" Kişinyovun 6 ardıcıl çempionluğundan sonra Moldova çempionu olmuşdur. Bu zəfərdən sonra klub ilk dəfə UEFA Çempionlar Liqasında çıxış etmiş, amma 1997–98 mövsümünün ilk seçmə mərhələsində Çexiyanın "Slaviya" Praqa klubuna ümumilikdə 3:4 məğlub olmuşdur. 2000-ci ilin 24 mayında Moldova kubokunun finalında "Zimbru"nu 1:0 məğlubiyyətə uğratmışdır.
Klub bu dövrdə UEFA Kubokunda da çıxış etmişdir. 2000-ci ilin sentyabrında Konstruktorul Kişinyov Bolqarıstanın ÇSKA Sofiya klubuna qarşı oyunda təhlükəsizlik tədbirlərinin pozulmasına görə 1 il avrokuboklardan kənarlaşdırılmışdır.
Dnestryanı 2001–02 mövsümündən qabaq klub Dnestryanı Respublikasının paytaxtı Tiraspol yaxınlığndakı Çorburçi qəsəbəsinə köçmüşdür və adını "Konstruktorul Çorburçi" olaraq dəyişdirmişdir. Daha sonra Tiraspol şəhərinə yerləşmişdir. Kişinyov şəhərini tərk edəndən bəri klub nə çempionluq, nə də ki kubok qazanmışdır.
Ən böyük uğurunu 2004–05 mövsümündə UEFA Kubokunda qazanmışdır. "Tiraspol" növbəti mərhələdə Ukraynanın "Metallurq Donetsk" klubu tərəfindən ümumilikdə 1:5 məğlub edilənə qədər Ermənistanın "Şirak" klubunu iki oyuna əsasən 4:1 udmuşdur.
Statistika Mövsüm Liqa Yer O Q H M VQ BQ XKubokAvropaQeydlər1994–952D ¼ finalKeçdi1995–961D3302424711674Qalib1996–9713026318210811KK1-ci mərhələ1997–983261736543254FinalÇL1-ci mərhələ1998–992261565301351FinalÇLseçmə mərhələ1999–0033618117522365QalibUKseçmə mərhələ2000–014281099303039YarımfinalUKseçmə mərhələ2001–0242810711364239Final 2002–035247512273826YarımfinalİK1-ci mərhələ2003–044281297322245¼ final 2004–054281288412344¼ finalUK2-ci mərhələ2005–063288137242137¼ final 2006–07536101610373246YarımfinalİK3-cü mərhələ2007–084301677362155Yarımfinal 2008–097309516303632YarımfinalİK2-ci mərhələ2009–1093381015203434¼ final 2010–1173917616574557¼ final 2011–12633101211363242¼ final
Uğurları Moldova çempionatı (1): 1996–97. Moldova kuboku (3): 1996, 2000, 2013. Moldova 2-ci divizyonu (1): 1995 Moldova 3-cü divizyonu (1): 1994
Avropada çıxışı UEFA Çempionlar Liqası Mövsüm Mərhələ Rəqib Ev Səfər Ümumi1997–981 Slaviya Mozir1–12–33–4
UEFA Avropa Liqası Mövsüm Mərhələ Rəqib Ev Səfər Ümumi1999–001 Ferentsvaroş1–11–32–42000–011 ÇSKA Sofiya2–30–82–112004–051 Şirak2–12–04–12 Metallurq Donetsk1–20–31–52013–141 Skonto0–11–01–1 (2–4 p.)2014–151 İnter Bakı2–31–33–6
UEFA İntertoto Kuboku Mövsüm Mərhələ Rəqib Ev Səfər Ümumi20021 Slovaçko0–00–40–420061 Mil-Muğan2–00–12–12 Lex Poznan3–11–04–13 Rid1–11–32–420081 Mika0–02–22–2 (səfər.)2 Tavriya0–01–31–3
UEFA Kuboklar Kuboku Mövsüm Mərhələ Rəqib Ev Səfər Ümumi1996–971 Hapoel Rişon LeZiyon 1–0 2–3 3–3 (səfər)2 Qalatasaray 0–4 0–1 0–51998–991 Rudar Velenjye 0–2 0–0 0–2
Heyət 1 mart 2015-ci ilə olan məlumata əsasən
İstinadlar
Xarici keçidlər Rəsmi sayt (ru) DiviziaNationala.com-da profili
Kateqoriya:Moldova futbol klubları Kateqoriya:1992-ci ildə yarananlar Kateqoriya:1992-ci ildə yaradılmış futbol klubları