Bosniya vilayəti — əsasən Bosniya və Herseqovina dövlətinin bugünkü ərazisi də daxil olmaqla Osmanlı imperiyasının birinci səviyyəli inzibati vilayətlərindən olub. Bu vilayət, cənubdan Kosovo vilayəti ilə həmsərhəd idi. 1867-ci il inzibati islahatlarından əvvəl vilayət Bosniya əyaləti adlandırılıb. 19-cu əsrin sonlarında olan məlumata görə, vilayətin 46000 km² sahəsi var idi.Europe Elize Reklü , səh 152

1878-ci ildə Avstriya-Macarıstanın Bosniya və Hersoqovinanı işğal etməsindən sonra, Osmanlı vilayəti kimi fəaliyyətini dayandırsa da, formal olaraq Avstriya-Macarıstan tərəfindən idarə olunmasına baxmayaraq, 1908-ci ilə qədər daha otuz il öz mövcudluğunu saxlayıb. 1908-ci ildə Avstriya-Macarıstan rəsmən vilayəti öz ərazisinə birləşdirdi.

İnzibati ərazi vahidləri Vilayətin sancaqları:Bosna Vilayeti | Tarih ve Medeniyet Bosniya sancağı İzvornik sancağı Herseqovina sancağı Travnik sancağı Bihaç sancağı

İstinadlar

Xarici keçidlər

Palairet, Michael R.. „The Balkan Economies c.1800-1914: Evolution without Development“.

Kateqoriya:Bosniya vilayəti Kateqoriya:Bosniya və Herseqovinanın tarixi vilayətləri Kateqoriya:Osmanlı əyalətləri Kateqoriya:Osmanlı imperiyasının Avropadakı vilayətləri Kateqoriya:Avropanın tarixi dövlətləri