Tomas Enrike Araya Dias (; ) — treş metal qrupu olan Slayer-in Çili əsilli amerikalı vokalçısı və bas gitaraçısı. Araya Hit Parader-in "Tarixin ən yaxşı 100 metal vokalçısı" siyahısında 58-ci yerdə qərarlaşmışdır.
Araya 1980-ci illərin əvvəllərində terapevt işləmiş və əldə etdiyi gəlirlə Slayer-in debüt albomu olan Show No Mercy albomunu maliyyələşdirmişdir. Arayanın yazdığı mahnı sözlərinin əsas hissəsi özünün də maraqlandığı seriyalı qatillər haqqındadır. Onun ilk söz yazarlığı töhfəsi 1985-ci ildə işıq üzü görmüş Hell Awaits albomundan vampir mövzulu "At Dawn They Sleep" mahnısıdır.
İstinadlar
Kateqoriya:Slayer qrupunun üzvləri Kateqoriya:ABŞ-nin Roma katolikləri Kateqoriya:ABŞ musiqiçiləri Kateqoriya:XXI əsr ABŞ musiqiçiləri