Təhsil () — Əbülhəsən Bəhmənyar tərəfindən yazılmış kitab.
Əbülhəsən Bəhmənyarın şəxsi kitabxanası olmuşdur. Kitabxanada əsas yeri onun öz əsərləri tuturdu. Bu kitablardan "Təhsil" kitabı, "Məntiqə dair zinət kitabı", "Gözəllik və səadət" kitabı, "Metafizika elminin mövzusu", "Mövcudatın mərtəbələrinə dair traktat" və s. göstərmək olar. "Təhsil" kitabı müəllifinə nəinki yaşadığı ərazidə, hətta başqa ölkələrdə də şöhrət qazandırmışdır. 8 əsr əlyazma halında olan bu kitab ilk dəfə 1971-ci ildə Tehranda ərəb dilində nəşr olunmuşdur.
Əsərin həcmi 900 səhifədir. Əsər ərəb və fars dillərinə tərcümə edilmişdir. Farsca nüsxələrindən biri Özbəkistanda Biruni adına Şərqşünaslıq İnstitutunda, bir nüsxəsi isə İranda Milli Şura Məclisinin (MŞM) kitabxanasında saxlanılır.
Haqqında "Təhsil" əsəri Bəhmənyarın yaradıcılığında xüsusi yer tutur. Filosof bu əsəri dayısı Əbu Mənsur Bəhram ibn Xürşid ibn İzədyara ithaf etmişdir. Onun ərəb dilində orijinalının müxtəlif illərdə köçürülmüş əlyazma nüsxələri Rampur, Tehran, İstanbul, Vatikan, Qahirə, London və Beyrut şəhərlərinin kitabxanalarının əlyazma fondlarında saxlanılmaqdadır. "Təhsil" ilk dəfə 1971-ci ildə Tehranda nəşr edilmişdir.Zakir Məmmədov. Azərbaycanda XI–XIII əsrlərdə fəlsəfi fikir. Bakı, 1978
Tədqiqi Zakir Məmmədov tədqiqatlarına qədər Bəhmənyarın "Metafizikanın mövzusu" və "Mövcudatın mərtəbələri" adlı kiçik həcmli iki traktatı məlum idi. Tədqiqatçı filosofun genişhəcmli "Təhsil" əsərinin varlığını aşkara çıxarmışdır. Onun əlaqədar təşkilatlara çoxsaylı müraciətləri hesabına həmin traktat Azərbaycana gətirilmişdir. Alim "Təhsil" əsərini ilk dəfə olaraq tam halda tədqiqata cəlb etmişdir.Vasim Məmmədəliyev. Zakir Cabbar bəy oğlu Məmmədov. Azərbaycanın elm və mədəniyyət xadimləri. Biblioqrafik göstərici. Bakı, 2010. səh. 67 "Təhsil" fəlsəfi biliklərin öyrənilməsində lazımlığına və məşhurluğuna görə hələ o dövrdə ərəb dilində olan orijinalından fars dilinə tərcümə edilmişdir. Bu sərbəst tərcümənin XVII əsrdə köçürüldüyü güman edilən bir əlyazması Özbəkistan Elmlər Akademiyasının Biruni adına Şərqşünaslıq İnstitutunun Əlyazmalar Fondunda saxlanılır.
Əlyazmada əsərin ünvanı "Dünyanı göstərən cam" ("Came cahan – noma") kimi tanınmış, "Kəmaləddinə töhfə kitabı" yazılmışdır. Burada müəllifin adı çəkilmir, ancaq bir yerdə belə ifadə işlədilir: " "Dünyanı göstərən cam" kitabı nəinki "Təhsil" kitabı üslubundadır, hətta özü tərcümədir".
Əsərin farsca başqa bir əlyazma nüsxəsi İranda Milli Şura Məclisi Kitabxanasında saxlanılır. "Təhsil" fars dilində Tehranda (1983), rus dilində Bakıda (1983, 1986) nəşr edilmişdir.Zakir Məmmədov. Bəhmənyarın "Təhsil" kitabı fars dilində. "Bakı" qəzeti, 11 iyul 1980-ci il
İstinadlar
Ədəbiyyat
Xarici keçidlər
Kateqoriya:Azərbaycan kitabları Kateqoriya:Fəlsəfə kitabları