"Azərbaycanın 9 möcüzəsi" — IDEA-nın layihəsi; Azərbaycanın 9 milli parkı haqqında geniş sənədli filmlərdən ibarət silsilə."Nizami" Kino Mərkəzində "Quşlar cənnəti — Ağgöl Milli Parkı" sənədli filmi təqdim olunub . azertag.az, 24.04.2015

Məqsədi Layihənin məqsədi Azərbaycanın əsrarəngiz təbii gözəlliklərini təbliğ etmək və onların mühafizəsinin vacibliyini diqqətə çatdırmaqdır.

Filmlər Bu layihə çərçivəsində "Şirvan Milli Parkı" adlı ilk film 2014-cü ildə ictimaiyyətə təqdim olunmuşdur. Film Azərbaycanın yerli telekanallarında, habelə beynəlxalq film festivallarında, "Rossiya-Kultura" telekanalında nümayiş olunmuşdur.

2015-ci il aprelin 24-də Bakıda, "Nizami" Kino Mərkəzində "Azərbaycanın 9 möcüzəsi" silsiləsindən ikinci filmin – "Quşlar cənnəti — Ağgöl Milli Parkı" adlı sənədli filmin təqdimat mərasimi keçirilmişdir."Nizami" Kino Mərkəzində "Quşlar cənnəti – Ağgöl Milli Parkı" sənədli filmi təqdim olunub: Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva təqdimat mərasimində iştirak edib: [İqor Bışnyovun quruluşunda] //Azərbaycan.- 2015.- 25 aprel.- S.5.

Növbəti illərdə Göygöl, Şahdağ, Hirkan, Altıağac, Zəngəzur, Abşeron və Samur-Yalama milli parklarından bəhs edən 7 filmin filmin çəkilişi planlaşdırılır.

İstinadlar

* Kateqoriya:2014-cü ildə Azərbaycanda yarananlar