Kinabalu Milli Parkı () — 1964-cü ildə yaradılmış Malayziyanın ilk parklarından biri. 2000-ci ilin dekabrında UNESCO-nun Ümumdünya irsi siyahısına salınan Kinabalu parkı 326 növ quş, təxminən 100 növ məməliChilling out in a tropical destination . The Jakarta Post, 30 aprel, 2015. və 110 növdən çox torpaq ilbiziLiew, T.S., M. Schilthuizen & M. Lakim, 2010. The determinants of land snail diversity along a tropical elevational gradient: insularity, geometry and niches. Journal of Biogeography, 37: 1071–1078 də daxil olmaqla, 4500 növdən çox flora və fauna ilə dünyada ən mühüm bioloji yerlərdən biridir.
Park Şərqi Malayziyada Sabah ştatının qərb sahilində yerləşir və 754 kvadrat kilometr ərazini əhatə edir. Park Kinabalu dağı ilə əhatə olunub. Bu dağ 4.095 metr yüksəkliklə Kalimantan adasında ən hündür dağdır.
Park Sabah ştatı və ümumilikdə Malayziyada ən populyar turizm guşələrindən biridir. 2004-ci ildə 415,360-dən çox qonaq və 43,430 alpinist parkı ziyarət edib.
Coğrafiyası Kinabalu parkı Sabah ştatının qərb sahilində Kroker silsiləsində yerləşir. Bu park Qərb sahili oblastına daxil olan Ranau rayonunun ərazisinə daxildir. Parkın cənubda Kroker Silsiləsi Milli Parkı yerləşir.
Parkın baş idarəsi Kota Kinabalu şəhərindən 88 km məsafədə yerləşir. Parkın mərkəzindən Sabahın digər hissələrinə doğru gedən müxtəlif yollar var. Parkın qərargahı Kinabalu Parkının cənub sərhəddində 1,563 metr yüksəklikdə yerləşir.
İstinadlar
Xarici keçidlər Kinabalu Parkının vebsaytı Sabah Parks vebsayt Malayziyada turizm — Kinabalu Park Kinabalu Milli Parkı
Kateqoriya:Malayziya milli parkları Kateqoriya:Malayziyada ümumdünya irsi Kateqoriya:Kateqoriya BTMİ II Kateqoriya:1964-cü ildə yaradılmış qoruq əraziləri