Məmməd Alim () — Azərbaycan Yazıçılar Birliyinin Gəncə Bölməsinin sədri, Respublikanın əməkdar incəsənət xadimi, Rəsul Rza mükafatı laureatı.

Həyatı Şair 1989-cu ildən Azərbaycan Yazıçılar Birliyinin Gəncə bölməsinin sədri vəzifəsində çalışırdı.

Məmməd Alimin 20-yə qədər kitabı işıq üzü gorüb. Bundan başqa onun dünya ədəbiyyatından tərcümələri də çoxdur. İlk kitabı olan "Ürəyimin şəkli" 1979-cu ildə 30 yaşı olarkən dərc edilib. 2007-ci ildə onun haqqında "Yuva qurdum söz içində. Məmməd Alim" adlı sənədli film çəkilib. Həmin ekran əsərində şairin bütün yaradıcılığı, şeirlərinin yaranma tarixcəsi öz əksini tapıb.

Məmməd Alim 28 avqust 2014-cü ildə vəfat edib.

İstinadlar

Kateqoriya:Azərbaycan şairləri Kateqoriya:"Rəsul Rza" mükafatı laureatları