Əbu Bəkr Əhməd ibn Harun ibn Rəvh əl-Bərdici əl-Bərdəi ən-Nisaburi əl-Bağdadi (; ) — hədis alimi.

Həyatı Əhməd əl-Bərdicinin hicri 230-cu (845) ildə anadan olduğu güman edilir. Onun Bərdici nisbəsi Bərdə yaxınlığındakı Bərdic və ya Bərzəə yaşayış məntəqəsi ilə bağlıdır.

O, Beyrut, Dəməşq, Hüms, Kufə, Bağdad, Məkkə və başqa yerlərə elmi səyahətlər etmişdir. Əhməd əl-Bərdici Zöhli, Əbu Səid əl-Əşəc, Əbu Züra ər-Razi, Rəbi ibn Süleyman əl-Muradi və başqa alimlərdən elm öyrənmişdir.

Əhməd əl-Bərdicinin tələbələri arasında Təbərani, Meymun ibn İshaq, İbn ən-Nəcim və başqaları vardır.

O, hicri 301-ci (914) ilin Ramazan ayında, sonradan məskunlaşdığı Bağdad şəhərində vəfat etmişdir.

Hədis elmindəki yeri Əhməd əl-Bərdici hədis sahəsindəki məharətinə görə, Zəhəbi, Süyuti, Darəqutni, Xətib əl-Bağdadi, Əbu Səd əs-Səmani və İbn əl-İmad tərəfindən təriflənmişdir.

Əsərləri Təbəqatül-əsmail-müfrədə, Cüzün fihi-mən rəva ənin-Nəbiyyi-minəs-Səhabəti-fil-Kəbair, Kitabu Mərifətil-Müttəsil minəl-Hədis, Kitabül-mərasil, Kitabül-fəvaid, Kitabün fil-cərh vət-tədil.

Mənbə

İstinadlar

Kateqoriya:Azərbaycanlı alimlər

Ədəbiyyat