Florensiya Universiteti () — İtaliyanın Florensiya şəhərində yerləşən ali təhsil müəssisəsi; ölkənin ən qədim və nəhəng universitetlərindən biridir.Florensiya Universiteti . studyeurope.az, 17.04.2015
Tarixi Florensiya Universiteti 1321-ci ildə Florensiya Respublikası Universiteti kimi yaradılmışdır. İlk vaxtlarda burada mülki, ədəbi, tibbi və ilahiyyat fakültələri var idi.
1349-cu ildə papa VI Klemens universiteti yenidən təşkil etmiş, 1364-cü ildə isə imperator IV Karl universitetin adını İmperator Universiteti olaraq dəyişmişdir.
1472–1515-ci illərdə isə universitet Piza şəhərində fəaliyyət göstərir.
1859-cu ildə Praktiki Təlim və İnkişaf İnstitutu olsa da, 1924-cü ildən yenidən Florensiya Universiteti adını əldə edir.
Məkanı Universitet Florensiyada yerləşməsi ilə yanaşı, Pistoe, Prate, Empoli və Sesto Fiorentinada da şöbələri fəaliyyət göstərir.
Fakültələri Hazırda universitetdə aşağıdakı fakültələri fəaliyyət göstərir: Memarlıq fakültəsi; Edukoligiya fakültəsi; İqtisadiyyat fakültəsi; Əczaçılıq fakültəsi; Mühəndislik fakültəsi; Ədəbi-fəlsəfə fakültəsi; Fiziki-riyaziyyat fakültəsi; Tibbi cərrahlıq fakültəsi; Siyasi elmlər fakültəsi; Psixologiya fakültəsi; Hüquq fakültəsi; Kənd təsərrüfatı fakültəsi.
Tələbələri Hazırda bu təhsil müəssisəsində 60 minə yaxın tələbə təhsil alır və onların tədrisi ilə məşğul olan müəllimlərin sayı 2 mindən çoxdur.
Həmçinin bax
İstinadlar
Xarici keçidlər
Kateqoriya:İtaliya universitetləri Kateqoriya:1321-ci ildə yarananlar Kateqoriya:Florensiyada təhsil