Arif Alışanov (tam adı: Arif Nizam oğlu Alışanov) — azərbaycanlı iqtisadçı, iqtisad elmləri namizədi, "Azərbaycan Televiziya və Radio Verilişləri" Qapalı Səhmdar Cəmiyyətinin sədri (2006–2019).
Həyatı Arif Alışanov 30 iyul 1960-cı ildə Bakı şəhərində anadan olub. 45 saylı orta məktəbdə və D. Bünyadzadə adına Xalq Təsərrüfatı İnstitutunun mühasibat uçotu, iqtisadiyyat və təsərrüfat fəaliyyətinin analizi fakültəsində təhsil alıb. 1984-cü ildə iqtisadçı ixtisasına yiyələnib. Sonrakı dövrdə Azərbaycan Jurnalistlər İttifaqının Jurnalist Sənətkarlığı İnstitutunu, Bakı Ali Partiya Məktəbinin ideoloji kadrlar fakültəsini bitirib.
Ali təhsil almaqla yanaşı, 1977-ci ildə Azərbaycan Dövlət Televiziya və Radio Verilişləri Komitəsində işə başlayıb. Ordu sıralarında hərbi xidmət keçdikdən sonra yenidən AzTV-də əmək fəaliyyətini davam etdirib.
1981-ci ildən şöbə müdiri, idarə rəisi, baş idarə rəisi, 1997-ci ildən Texniki-İstehsalat Birliyinin direktoru vəzifələrində çalışıb. 17 may 2001-ci ildən həmin birliyin direktoru vəzifəsi saxlanılmaqla Azərbaycan Dövlət Teleradio Verilişləri Şirkəti sədrinin texnika üzrə müavini işləyib.
28 mart 2005-ci ildə dövlət başçısının sərəncamı ilə "Azərbaycan Teleradio Verilişləri" Qapalı Səhmdar Cəmiyyətinin sədr müavini, 16 avqust 2006-cı ildə isə sədr vəzifələrinə təyin olunub.
2019-cu il yanvarın 15-də prezident İlham Əliyevin sərəncamı ilə "Azərbaycan Televiziya və Radio Verilişləri" QSC-nin sədri vəzifəsindən azad edilib.
İqtisad elmləri namizədidir. Türk və rus dillərini bilir.
Evlidir, 3 övladı var.
Mükafatları 2-ci dərəcəli "Vətənə xidmətə görə" ordeni — 15.07.2015
Filmoqrafiya Böyük ömrün davamı (film, 2007) Mətbuat fədaisi (film, 2007) Zirvəyə doğru (film, 2007) Prezident (2007) Liderlik missiyası (film, 2008) (üçseriyalı sənədli film) 20 il. Müstəqillik (film, 2011) (sənədli serial) (ssenari müəllifi) 20 il. Əsrin müqaviləsi (film, 2014) (tammetrajlı sənədli film) (ssenari müəllifi) 2014 Azərbaycanda "sənaye ili" (film, 2015) (tammetrajlı sənədli film) (ssenari müəllifi)
İstinadlar
Kateqoriya:Azərbaycan ssenaristləri Kateqoriya:Azərbaycan kinoprodüserləri Kateqoriya:Azərbaycan iqtisadçıları Kateqoriya:Azərbaycanlı iqtisadçılar Kateqoriya:İqtisad üzrə fəlsəfə doktorları Kateqoriya:Azərbaycan Milli Məclisinin IV çağırış deputatları Kateqoriya:Azərbaycan Respublikasının əməkdar mədəniyyət işçiləri Kateqoriya:Bakıda doğulanlar Kateqoriya:Azərbaycan Televiziyasının sədrləri