Toktar Əubəkirov (; ; ) — təqaüdçü Hava Qüvvələri zabiti və keçmiş kosmonavt. Sovet İttifaqı Qəhrəmanı (1988).
Həyatı Toktar Əubəkirov 1946-cı ilin 27 iyulunda Qazaxıstan SSR-nin Karağandı oblastında anadan olmuşdur. 8 illik orta məktəbi bitirdikdən sonra Temirtau tökməxanasında işləməyə başlamışdır. 1965-ci ildə Armavir Hərbi Aviasiya İnstitutuna qoşulmuşdur. 1975-ci ildə M. Qromov Test Pilot Məktəbinə qəbul olunana qədər SSRİ Hava Qüvvələrində Uzaq Şərq sərhədlərində döyüş pilotu kimi xidmət vermişdir.
Test pilot karyerası 1976–1991-ci illərdə test pilotu kimi fəaliyyət göstərmişdir. Bu müddət ərzində 50-dən çox təyyarə tipini sınaqdan keçirmişdir. SSRİ-də şimal qütbünü keçən ilk pilot olmuşdur.
Kosmonavt kimi 1991-ci ildə SSRİ və Qazaxıstan SSR arasındakı müqaviləyə əsasən Qaqarin Kosmonavtika Təlim Mərkəzində məşq etməyə başlamışdır. 2 oktyabr 1991-ci ildə rus kosmonavtı Aleksandr Volkov və avstriya kosmonavtı Frans Fibeklə Baykonur aerodromundan qalxan Soyuz TM-13 gəmisi ilə kosmosda 7 gün 22 saat 12 dəqiqə vaxt keçirmişdir.
Mükafatları right|thumb|180px|Qazax markasında "Şərəf nişanı" ordeni — 1987 Sovet İttifaqı Qəhrəmanı — 1988 Lenin ordeni — 1988 Avstriya Respublikasına xidmətlərinə görə Şərəf ordeni (2) — 1988, 1993 Əməkdar SSRİ Test pilotu — 1990 SSRİ Pilot-kosmonavtı — 1991 "Oktyabr inqilabı" ordeni — 1991 Qazaxıstan Pilot-kosmonavtı Qazaxıstan Xalq Qəhrəmanı — 1995 Otan ordeni — 1995 "Kosmosda Tədqiqat" ləyaqət medalı — 12 iyul 2011
Xarici keçidlər Spacefacts Test pilotları
Kateqoriya:Qazaxıstan kosmonavtları Kateqoriya:Qazaxıstanın pilot-kosmonavtları