"Aalto-1" — Finlandiyanın ilk peyki.Aalto Universiteti Finlandiyanın ilk peykinin buraxılmasına dair saziş imzalayıb . mincom.gov.az, 21.04.2015

Çəkisi 4 kiloqram təşkil edən bu peyk 2010-cu ildən Aalto Universitetinin 80 tələbəsi və gənc alimi tərəfindən yığılıb.

Aparatın buraxılışına dair saziş Niderlandın "Innovative Solutions in Space" şirkəti ilə Finlandiyanın Aalto Universiteti arasında 2015-ci ilin aprel ayında imzalanıb. Həmin sazişə görə "Falcon 9" raketdaşıyıcısı orbitə "Aalto-1" ilə birlikdə daha bir neçə nanopeyk çıxaracaq. Onların Yer üzərindən 600 km hündürlüyə qaldırılacağı nəzərdə tutulur.

"Aalto-1" peykinin 2015-ci ilin sonunda kosmosa göndərilməsi planlaşdırılır. Finlandiya hökuməti tərəfindən peykdən növbəti 5 ildə radioyayımın həyata keçirilməsinə icazə verilib.

Həmçinin bax Aalto-2

İstinadlar

Kateqoriya:Aalto Universiteti Kateqoriya:Finlandiya peykləri