Yırğançay — Gürcüstan Respublikasının Dmanisi (Başkeçid) rayonunun tabeliyində kənd.

Coğrafi mövqeyi Yırğançay kəndi Qaraxaç silsiləsinin şərq ətəklərində, dəniz səviyyəsindən 1630–1680 m. yüksəklikdə, Ermənistanla sərhəddə yerləşir. Yüksək dağlıq və az əlverişli fiziki-coğrafi mövqeyə malikdir. Qışı sərt, yayı sərin keçir. Rayon mərkəzindən 24 km., paytaxt Tiflisdən 95 km. cənub-qərbdədir. Ağ çay və Qaranlıq dərə adlı dağ çayları kəndin içərisindən keçir.

Əhalisi 2002-ci il əhali siyahıyaalmasının nəticələrinə əsasən Yırğançay kəndində 3000 nəfər sakin (rayon əhalisinin 9,6%-i) yaşayır. Əhalinin 50,3%-i kişilər, 49,7%-i qadınlardır. Əhalisinin sayına və ərazi bütövlüyünə görə Yırğançay bağlı olduğu rayondan və digər kəndlərdən böyükdür. Rəsmi statistikaya əsasən əhalinin 100%-i azərbaycanlılardan ibarətdir.

Təsərrüfatı Yüksək dağlıq zonada yerləşən Yırğançayda əhalinin əsas məşğuliyyət sferası südlük-ətlik heyvandarlıq, xüsusilə maldarlıqdır. Torpaq örtüyünün zəif inkişafı və iqlimin əlverişsizliyi ilə əlaqədar olaraq kartofçuluq istisna olunmaqla, əkinçilik çox zəif inkişafı ilə səciyyələnir. Ermənistanla sərhəd xəttinin cəmisi 1 km. olması və Dmanisi rayonunun ən yaxın kəndinin buradan 13 km. məsafədə yerləşməsi, habelə infrastrukturun "yox" səviyyəsində olması təsərrüfat əlaqələrinin inkişafına ciddi maneəçilik törədir.

Mədəniyyəti Yırğançayda hal-hazırda azərbaycandilli bir orta məktəb, bir ambulator tipli xəstəxana,[http://www.borchali.net/old/index.php?s=xeberler&id=18 Borçalı haqqında internet saytı, bir xalçaçılıq sexi Azərbaycan diasporasının rəsmi internet saytı] fəaliyyət göstərir. Kənddə Gürcüstan sərhəd qoşunlarının hərbi hissəsi yerləşir. Marneuli və Dmanisi şəhərləri ilə gündəlik, Tiflis və Bakı şəhərləri ilə qeyri-müntəzəm avtobus marşrutları işləyir.

İstinadlar

Həmçinin bax

Kateqoriya:Dmanisi bələdiyyəsinin yaşayış məntəqələri