I Fəzl İbn Məhəmməd () — 985–1031–ci illərdə Aran əmiri olmuşdur. Fəzl sikkə kəsdirən ilk şəddadi əmiridir. Zərbxanası əvvəl Partavda (Bərdə) idi. Daha sonra Gəncəyə köçürüldü.
Fəzl bin Məhəmməd Rəvvadilərlə mübarizə aparmaq üçün Araz çayı üzərində körpü tikmişdir.Shaddadids, C.E. Bosworth, The Encyclopedia of Islam, Vol.IX, Ed. C.E.Bosworth, E. van Donzel, W.P.Heinrichs and G.Lecomte, (Brill, 1997), 169.Studies in Caucasian history. BY V. MINORSKY. 1953. İbn əl-Əsirə görə, Fəzl 1030-cu ildə xəzərlərə qarşı ekspedisiya aparmışdırShaddadids, C.E. Bosworth, The Encyclopedia of Islam, Vol.IX, 169., xəzərlərdən 10 min nəfər öldürülmüşdür. Xəzər xaqanlığı 969-cu ildə ruslar tərəfindən darmadağın edildiyinə görə bu xəzərlərin Qafqazda onların xələfləri kimi qıpçaqlar və ya peçeneqlər tərəfindən idarə edildikləri və ya İbn əl-Əsirin səhv etdiyi və ya "xəzərlər" sözünün çöldə yaşayan insanlar üçün ümumi bir termin olaraq istifadə edildiyi aydın deyil.
Fəzl 1031-ci ildə ölür və onun yerinə hakimiyyətə oğlu Əbülfəth Musa gəlir.
Ailəsi 4 övladı vardı: Musa Əbüləsvar Şavur Əskuya Sitt bint Fəzl - Şirvanşah I Mənuçöhr ilə evlənmişdi. Mənuçöhr öldürüldükdən sonra Əbu Mənsurla evləndi.
İstinadlar
Mənbələr C.E Bosworth. "Arran". ''Encyclopaedia Iranica Douglas M. Dunlop. The History of the Jewish Khazars, Princeton, N.J.: Princeton University Press, 1954.
Kateqoriya:Gəncədə vəfat edənlər Kateqoriya:Şəddadilər Kateqoriya:Gəncə əmirləri Kateqoriya:Doğum tarixi bilinməyənlər Kateqoriya:XI əsr hökmdarları