300px|thumb|right|İskəndərin şüşə qabda dənizin dibinə enməsi, İskəndər haqqında romanın XVII əsrə aid serb əlyazması, Moskva Dövlət Tarix Muzeyi İsgəndər haqqında romanlar Avropa xalqlarının qədim ədəbiyyatında Böyük İsgəndərin həyatı və fəaliyyəti ilə bağlı müxtəlif mifik məlumatların toplandığı əsərlərə verilən ümumi addır. Əsərin ilk versiyaları yunan dilində olmaqla III əsrə aiddir. Bir qədər sonrakı dövrə aid əlyazmalarda əsər Makedoniyalı İsgəndərin saray tarixçisi Kallisfenə aid edilir, lakin bu tarixi şəxs İsgəndərdən əvvəl vəfat etdiyinə görə onun həyatını tam əks etdirə bilməmişdir. Əsərin naməlum müəllifi indi də bir çox tədqiqatçılar tərəfindən Psevdo-Kallisfen adlandırılır.
IV-XVI əsrlərdə Orta Yunan, Latın, Qədim Erməni, Süryani və İvrit dillərində əsərin müxtəlif versiyaları yaradılmışdır.
Əsərin versiyaları 160px|thumbnail|left|İskəndər və Hefestionun Daranın sarayına daxil olması, qravür, 1696 İsgəndərin yaşadığı dövrdə hələ onun haqqında əfsanələr yaradılmışdı. Kallisfenin dövrümüzə çatmamış əsərində İsgəndərin həyatı Kilikiyaya qədər irəliləməyə kimi təsvir edilmişdi. İsgəndərin ölümündən sonra əsəri davam etdirən Onesikrit hadisələri o qədər inkişaf etdirir ki, hətta İsgəndəri əfsanəvi amazonkaların kraliçası Talestrislə də görüşdürür (Plutarxa görə, Onesikrit bir vaxtlar özünü kral elan etmək istəmiş diadox Lisimaxdan həmin dövr haqqında eşitdikdən sonra dövrlə maraqlanmağa başlamışdır).
Antik və orta əsrlər dövründə əsər çoxlu məzmun dəyişiklərinə və genişləndirmələrə məruz qalaraq, bir neçə versiyada yüksək ədəbi formalı əsər kimi meydana çıxmışdır. Latın, Qədim Erməni, Gürcü və Süryani dillərinə əsər Son Antik dövrlərdə (IV-VI əsrlər) tərcümə edilmişdir. Şatilonlu Valter tərəfindən yaradılmış “Aleksandreid” orta əsrlərin ən məşhur romanlarından biri olmuşdur. Arxiyepiskop Leo tərəfindən X əsrdə yaradılmış versiya Avropada yayılmış əsas dillərə - Qədim Fransız (XII əsr), Orta İngilis, Erkən Şotland (İsgəndər buiki, XIII əsr), italyan, ispan (İsgəndər poeması), Mərkəzi Alman (Lamprextin “Aleksanderlidi və Yohannes Hartlibin XV əsr versiyasıPlutarch, Life of Alexander, XLVI.), slavyan, rumın və macar – tərcümə edilmişdir.
Əsərin Süryani versiyası, digər orta əsr dillərində - ərəbcə, farsca (İskəndərnamə), efiop dili, ivrit dili (Sefer HaAqqadah), osmanlı türkcəsi (XIV əsr) və orta monqol (XIII əsr) - də çoxlu versiyaların yaranmasına əsas vermişdir.
Qurandakı Zülqərneyn hekayəsi (Kəhf surəsi, 18:83-98) romanlardakı Qoq və Maqoq detalına uyğun gəlir və bu İslam alimləri arasında mübahisələrə səbəb olur. Ərəb və fars dilli mənbələrdə istifadə edilən “Zülqərneyn” adı ərəb dilindən tərcümədə “buynuzlu adam” anlamını verir ki, bu da İsgəndərin hakimiyyəti dövründə kəsilmiş və İsgəndərin Misir tanrısı Amunun varisi olduğunu göstərmək üçün buynuzlu şəkildə təsvir edildiyi sikkələrə əsaslanır. İsgəndər əfsanəsi haqqında İslam mənbələrində, xüsusilə İranda yayılmış məlumatlar Psevdo-Kallisfen və yerli Sasani məlumatlarının qarışığı şəklində müydana çıxır.
Yunan versiyası Əsərin ən qədim yunan versiyası olan Böyük İsgəndərin tarixi (Historia Alexandri Magni, α vsersiyası) üçüncü əsrə aid edilir. Bizans dövründə bu versiya əsasında müxtəlif versiyalar yaradılmışdır ki, onların da bəziləri Orta Yunan dilində poetik formaya malikdir. α versiyası Flavi Polemi tərəfindən yaradılmış (IV əsr) latın versiyasının və erməni versiyasının (V əsr) əsasında durur. Möcüzəvi nağıllar və sirenlər və kentavrlar kimi mifik varlıqlarla görüşlərlə zəngin roman fantastik məzmuna malikdir. α versiyasıvəyaVetustaversiyası: V. Kroll, HistoriaAlexandriMagni, cild 1. Berlin: Weidmann, 1926 β versiyası: L. Bergson, Der griechischeAlexanderroman. Stokholm: Almqvist&Wiksell, 1965 βversiyası(e cod. LeidensiVulc. 93) L. Bergson, Der griechischeAlexanderroman. Rezension β. Stockholm: Almqvist&Wiksell, 1965 β versiyası (e cod. Paris. gr. 1685 et cod. Messinensi 62): L. Bergson, Der griechischeAlexanderroman. Stokholm: Almqvist&Wiksell, 1965 γ versiyası (lib. 1): U. von Lauenstein, Der griechischeAlexanderroman. [BeiträgezurklassischenPhilologie 4. Meisenheim am Glan: Hain, 1962] γ versiyası (lib. 2): H. Engelmann, Der griechischeAlexanderroman. [BeiträgezurklassischenPhilologie 12. Meisenheim am Glan: Hain, 1963] γversiyası(lib. 3): F. Parthe, Der griechischeAlexanderroman. [BeiträgezurklassischenPhilologie 33. Meisenheim am Glan: Hain, 1969] δversiyası(e cod. Vat. gr. 1700, 88v 89r): G. Ballaira, "Frammentiineditidellaperdutarecensioneδ del romanzo di Alessandro in un codiceVaticano," Bollettino del comitato per la preparazionedell'edizionenazionaledeiclassicigreci e latini 13 (1965) ε versiyası: J. Trumpf, AnonymiByzantini vita AlexandriregisMacedonum. Stuttgart: Teubner, 1974 λ versiyası (lib. 3): H. van Thiel, Die Rezensionλ des Pseudo-Kallisthenes Bonn: Habelt 1959 λ versiyası (Pseudo-Methodius redactio 1) H. van Thiel, Die Rezensionλ des Pseudo-Callisthenes Bonn: Habelt 1959 λ versiyası (Pseudo-Methodius redactio 2) H. van Thiel, Die Rezensionλ des Pseudo-Kallisthenes Bonn: Habelt 1959 Fversiyası (cod. Flor. Laurentianus Ashburn 1444), vernacular: V.L. Konstantinopulos and A.C. Lolos, Ps.-Kallisthenes ZweimittelgriechischeProsa-Fassungen des Alexanderromans, 2 cild [BeiträgezurklassischenPhilologie 141 & 150, Meisenheim am Glan: Hain 1983] φ versiyası: G. Veloudis, ἩφυλλάδατοῦΜεγαλέξαντρου. ΔιήγησιςἈλεξάνδρουτοῦΜακεδόνος [ΝέαἙλληνικὴΒιβλιοθήκη 39. Afina: Hermes, 1977] Byzantinapoeticaversiyası(cod. Marcianus 408): S. Reichmann, Das byzantinischeAlexandergedichtnachdem codex Marcianus 408 herausgegeben [BeiträgezurklassischenPhilologie 13. MeisenheimamGlan: Hain, 1963] Eversiyası (cod. Eton College 163), vernacular: V.L. Konstantinopulos and A.C. Lolos, Ps.-Kallisthenes, ZweimittelgriechischeProsa.Fassungen des Alexanderromans, 2 vols [BeiträgezurklassischenPhilologie 141 & 150 Meisenheim am Glan: Hain 1983] Vversiyası (cod. Vind. theol. gr. 244): K. Mitsakis, Der byzantinischeAlexanderromannachdem Codex Vind. Theol. gr. 244 [Miscellanea ByzantinaMonacensia 7. Münhen: InstitutfürByzantinistik und neugriechischePhilologie der Universität, 1967] Kversiyası (cod. 236 Kutlumussiu, Athos), vernacular: K. Mitsakis, "ΔιήγησιςπερὶτοῦἈλεξάνδρουκαὶτῶνμεγάλωνπολέμων," Byzantinisch-neugriechischeJahrbücher 20 (1970) Poeticaversiyası (Rversiyası), xalqədəbiyyatı: D. Holton, ΔιήγησιςτοῦἈλεξάνδρου. İsgəndərnağılı. Qafiyəliversiya [ΒυζαντινὴκαὶΝεοελληνικὴβιβλιοθήκη. Saloniki, 1974]
Fransız versiyası 200px|thumbnail|right|İsgəndər haqqında romanın fransız versiyasının əlyazmasına çəkilmiş illüstrasiya, XIV əsr. İsgəndər haqqında romanın bir neçə qədim və orta fransız dilində və bir dənə Anqlo-Norman dilində versiyası məlumdur: Alberik de Brianson – Aleksandr, 1120 -ci ildə yazılıb. Yustas – “Fuerre de Gadres ”, sonradan Aleksandr de Bernay və Tomas de Kent tərəfindən istifadə edilib. Anonim müəllif – “Decasyllabic Alexander”, təxminən 1160-1170-ci illər. Anonim müəllif – “Mort Alixandre”, 159 sətirlik franqment. Kilsə xadimi Aleksandr de Bernay (həm də Parisli Aleksandr kimi tanınır) – “Li romans d'Alixandre”, təxminən 1170, bu versiya müxtəlif müəlliflər (Lambert de Tort, Yustas və Alberik de Brianson) tərəfindən yazılmış versiyalarda qəhrəmanın həyatı haqqında verilmiş məlumatların bir əsərdə toplanması nəticəsində yaradılmışdır. Digər müəlliflərdən fərqli olaraq Aleksandr Psevdo-Kallisfen və ya Flavi Poleminin əsərinin müxtəlif tərcümələrindən istifadə etməmişdir. Orta əsr ədəbiyyatında adət edildiyi kimi mövzuya bu cür yanaşma, başqaları tərəfindən yazılmış əsərin daha da mükəmməlləşdirilməsi və qəhrəman haqqında daha ətraflı məlumatın verilməsi məqsədindən irəli gəlmişdir. Əsər o dövr fransız ədəbiyyatında məşhur olan chansons de geste janrında yazılmışdır. Məhz həmin dövrdə Tomas de Kent də özünün “Le roman de toutechevalerie” saqasını yazıb. Buna baxmayaraq Aleksandr mövzusu Herakl və ya Eney kimi paqan fiqurları ilə müqayisədə məşhurluğu ilə seçilməmişdir. Tomas de Kent - “Roman de toute chevalerie”, təxminən 1175-ci il, müəllifin Anqlo-Norman dilində yazdığı bu əsər Orta ingilis dilində yazılmış “King Alysaunder” əsəri üçün əsas olmuşdur. Cehan le Nevelon – “La VenjanceAlixandre ” Lambert de Tort – “Alixandreen Orient ”, 1170-ci illərdə yazılıb. Qui de Kambray – “Le VengementAlixandre”, 1191-ci ildən əvvəl yazılmışdır. Anonim müəllif – “Roman d'Alexandreen prose ”, Orta Fransız dilində yazılmış ən məşhur versiyadır. “Prise de Defur”, Pikardiya regionunda, 1250-ci illərdə yaradılmışdır. “Voyage d'Alexandre au Paradis terrestre” latın dilində yazılmış “Iter ad paradisum” əsərinin –cı illərdə fransız dilinə tərcümə edilmiş versiyasıdır. İsgəndərin qəhrəmanlıqlarından bəhs edən Vov tsiklinə Jak de Lonquyonun “Voeux du paon ”, Jan le Kortun “Restor du Paon” və Jan de le Montenin “Parfait du paon” əsərləri daxildir. Jan Vakelin – “Faicts et les Conquestesd'Alexandre le Grand ”, təxminən 1448. “Fais et concquestes du noble roy Alexandre” son orta əsrlər dövrünə aid nəsr versiyası. Vaska de Lüsin – “Faits du grand Alexandre”, 1468-ci il, Kvint Kurtis Rufusun “HistoriaeAlexandriMagni” əsərinin nəsr tərcüməsi.
İngilis versiyaları Orta əsrlərdə İngiltərədə İsgəndər haqqında romanlar böyük məşhurluğa malik olmuşlar. Hətta Cefri Çoserin “Kenterberi nağılları”nda da İsgəndər haqqında romanlara istinad edilir. Lakin, Kral Artur haqqında yerli əfsanə və onunla əlaqəli Arturian əfsanələrindən fərqli olaraq, İsgəndər haqqında roman orta əsrlər Qərbi Avropa tarixi və mədəniyyətinə qarışmamışdır. Orta ingilis dilində İsgəndər haqqında beş roman tam, bir çox əsərlər isə hissələr şəklində bizə çatmışdır. Həmçinin iki şotland versiyası da məlumdur ki, onlardan biri Erkən Şotland dilində yazmış şair Con Barbura aid edilir, digəri isə 1499-cu ildə Orta Şotland dilində yazılmışdır.
.Kral Alisuander, təxminən 1275-ci ildə yazılmışdır. . Alisuander (və ya Makedoniyalı Aleksandr) haqqında roman, bəzən Aleksandr A da adlandırılan bu versiya 1247 sətirlik alliterativ şer şəklində yazılmışdır. Əsər təxminən 1340-1370-ci illərdə, Alliterativ intibahının yaranmasından qısa müddət əvvəl yazılmışdır və dövrümüzə çatmış ən qədim poemalardan biri hesab edilir. O, 1600-cü illərə aid məktəb kitabçasında saxlanmışdır. Ümumilikdə Aleksandr A Nektanebusun “Aleksandr” əsəri üçün əsas olmuşdur, xüsusilə, onun doğulması və həyatının erkən illəri, Vizantiyanın Filipp tərəfindən mühasirəsi səhnələrində bu təsir daha çox hiss olunmaqdadır. Ehtimal ki, əsərdəki bu səhnələrin qaynağı “Historia de Preliis” əsərinin I² versiyasıdır. Bununla yanaşı, əsər Pavel Orozinin “Historiae adversum paganos” əsərindən götürülmüş səhnələr hesabına genişləndirilmiş, lakin Orozinin tipik yanaşması buraxılmışdır, çünki, müəllifin əsas məqsədi İshəndərin qəhrəmanlıqlarının təsviri idi. . “Aleksandr və Dindimus” əsəri bəzən Aleksandr B də adlandırılır və bu əsər də Aleksandr A kimi alliterativ şer kimi yazılmışdır. “MS Bodley 264” əlyazması içərisində tapılan bu əsər, bütün dünya zövqlərindən imtina etmiş, həyatın mənası və insanlar üçün düzgün yol axtarışı kimi fəlsəfi fikirlərlə yaşayan və bu baxımdan da orta əsrlərdə Avropada yayılmış Fransiskanlar ordenini xatırladan Brahmanların kralı və İsgəndər arasındakı yazışmanı əks etdirən beş məktubdan ibarətdir. Aleksandr B üçün də əsas mənbə “Historia de Preliis” əsərinin I²versiyasıolmuşdur.