Əmir Şamil oğlu Həbibzadə () — fizika-riyaziyyat elmləri doktoru, professor
Həyatı 23 yanvar 1916-cı ildə anadan olmuşdur. 1941-ci ildə BDU-nun Fizika-riyaziyyat fakültəsini bitirmişdir. 1944–1947-ci illərdə Azərbaycan EA-nın Riyaziyyat və Mexanika İnstitutunda aspirant olmuşdur. 1948-ci ildə namizədlik, 1970-ci ildə isə doktorluq dissertasiyası müdafiə etmişdir.
1948-ci ildən Bakı Dövlət Universitetində baş müəllim, dosent, professor vəzifələrini tutmuş, 1965–1992-ci illərdə isə funksiyalar nəzəriyyəsi və Funksional analiz kafedrasına rəhbərlik etmişdir.
Fəaliyyəti Onun rəhbərliyi altında 54 nəfər elmlər namizədi elmi dərəcəsi almışdır. Onlardan bir çoxu Özbəkistan, Türkmənistan, Dağıstan, Misir, Kuba vətəndaşlarıdır. Sonralar 7 yetirməsi elmlər doktoru olmuşdur. Funksional analiz və kompleks analiz üzrə mütəxəssisdir. Xətti normallaşmış fəzalarda operator sinqulyar inteqral tənliklərin tədqiqi sahəsində mühüm nəticələr almışdır. Əməkdar elm xadimi fəxri adına layiq görülmüşdür.Bakı Dövlət Universitetinin professorları. Bakı, 2014
İstinadlar
Kateqoriya:Azərbaycan alimləri Kateqoriya:Azərbaycanlı alimlər Kateqoriya:Azərbaycan riyaziyyatçıları Kateqoriya:Azərbaycan fizikləri Kateqoriya:Professorlar Kateqoriya:Bakı Dövlət Universitetinin professorları