Hacı Rza Sərraf, Hacı Rza Sərraf Təbrizi () — qəzəl və mərsiyə yazan şair.
Həyatı Hacı Rza Sərraf Təbrizi 1854-cü ildə Təbrizdə anadan olub və 1907-ci ildə həmin şəhərdə vəfat edib.
Şairin yaradıcılığının əsasını qəzəl və mərsiyə tipli nəzm əsərləri təşkil edir. Şair bi sahədə ortaya qoyduğu əsərlərin gücünə görə XIX əsrin sonu, XX əsrin əvvəllərində İranda yaşayıb yaradan türkdilli şairlər arasında özünəməxsus yerə malik olmuşdur.
Sərraf bütün şeir və qəzəllərində sözlərinin sadə və möhkəmliyi, hisslərində həyəcan və səmimi məhəbbətin sonsuzluğu ilə seçilir.
İstinadlar
Xarici keçidlər
Kateqoriya:İran azərbaycanlısı şairlər Kateqoriya:Azərbaycanlı şairlər Kateqoriya:Hacılar Kateqoriya:Azərbaycan dilində yazan şairlər Kateqoriya:XIX əsr şairləri Kateqoriya:Türk şairlər