Filippin Həmkarlar İttifaqları Konqresi () — Filippinin ən böyük milli həmkarlar ittifaqları təşkilatlarından biri.Afaq. Filippin Həmkarlar İttifaqları . "Ülfət" qəzeti, 11.01.2013. Mərkəzi ofisi Quezon şəhərində yerləşir.

Tarixi Konqres 1975-ci ildə yaradılmışdır. Həmin dövrdə Filipində fəaliyyətdə olan 23 həmkarlar ittifaqı ortaq qərara gəlirlər ki, əgər onlar birləşib vahid bir təşkilat kimi fəaliyyət göstərsələr daha uğurlu nəticələr əldə edə bilərlər; daha dinamik və aktiv addımlar atarlar. Məhz bu məqsədlə həmin ildə dekabrın 14-də keçirilən konfransda təşəbbüskarlar Filippin Həmkarlar İttifaqları Konqresinin yaranmasını bəyan edirlər.

Məqsədi Konqres yarandığı ilk gündən qarşısına əsas məqsəd olaraq iş yerlərində demokratik mühitin yaradılmasını qoyub. Bununla yanaşı işçi hərəkatının, daxili və beynəlxalq həmrəyliyin gücləndirilməsi, iş yerlərində müasir və yeni avadanlıqların tətbiqi də diqqət mərkəzində saxlanılır.

Tərkibi Hazırda konqresin 1,2 milyon üzvü var. Qurumun tabeçiliyində 30 həmkarlar ittifaqı təşkilatı fəaliyyət göstərir. Konqres kənd təsərrüfatı, dövlət qulluqçuları, sürücülər, mədən və s. sahələrin işçilərini əhatə edir.

Rəhbəri Təşkilatın hazırkı prezidenti Demokrito Mendozadır.

Xarici əlaqələri Federasiya Beynəlxalq Həmkarlar İttifaqları Konfederasiyasının üzvüdür.

İstinadlar

Xarici keçidlər

Kateqoriya:Filippin həmkarlar ittifaqları Kateqoriya:1975-ci ildə yarananlar Kateqoriya:14 dekabrda yarananlar