Qraf Mixail Speranski () — Rusiya imperiyasının dövlət xadimi, millət vəkili, islahatçı.
I Pavelin qətlindən sonra hakimiyyətə gəlmiş I Aleksandrın islahatların layihələrinin müzakirəsinə cəlb etdiyi saray əyanlarından biridir. İstedadlı mütəfəkkir və dövlət xadimi Mixail Mixayloviç Speranski imperatorun yaxın adamına çevrilənə kimi bəzi dövlət təsisatlarının nisbətən kiçik problemləri və bəzi ayrı-ayrı islahatların müzakirəsində iştirak edirdi. I Aleksandrın tapşırığı ilə Speranski imperiyanın dövlət quruluşunun təkmilləşdirilməsi üçün bir sıra layihələr, mahiyyət etibarilə Rusiya konstitusiyasının layihələrini hazırlamışdır. Layihələrin bir hissəsi 1802-1804-cü illərdə yazılmışdır; 1809-cu ildə geniş "Dövlət qanunnamələrinə giriş", "Rusiya imperiyasının dövlət qanunları külliyyatı layihəsi" və bunlarla əlaqədar olan qeydlər və layihələr hazırlamışdır.
İstinadlar
Kateqoriya:Sankt-Peterburqda vəfat edənlər Kateqoriya:Rusiya siyasətçiləri Kateqoriya:Rusiya diplomatları Kateqoriya:Rusiya imperiyası siyasətçiləri Kateqoriya:Sankt-Peterburq Elmlər Akademiyasının fəxri üzvləri Kateqoriya:1911-ci ilin Britannica Ensiklopediyasına istinad edilən Vikipediya məqalələri Kateqoriya:Rusiya filosofları