"Gələcəyə qayıdış" () — Robert ZemekisinRobert Zemeckis, Bob Gale (2005). Back to the Future Part II: Featurette (DVD). Los Angeles: Universal Pictures. rejissoru olduğu 1989-cu il istehsalı fantastika filmi. Film "Gələcəyə qayıdış" seriyasının 2-ci filmidir. Əsas mövzusu zaman səyahətidir.

Məzmun İlk filmdə 1955-ci ildə səhvini düzəldib ata və anasını tanış edə bilən Martin Makflay öz zamanına (1985) qayıtdığı günün səhərisi zaman maşının ixtiraçısı Doktor Braun Martin və sevgilisi Ceniferi gələcəyə — 2015-ci ilə aparır. Dr. Braun bildirir ki, onlar gələcəkdə evlidirlər və uşaqları təhlükədədir. 2015-ci ilə çatar-çatmaz həyacanlanan Ceniferi Dr. Braun iynə ilə sakitləşdirir. Martinə oğlunun bir azdan kafeyə daxil olacağı, pis uşaqların təklifini qəbul edib oğurluq etməyə gedəcəyini deyir, sonda polis tərəfindən yaxalanacağını deyir. Martin oğlunu dəstədən qurtarır.

Zamanına qayıtmağa hazırlaşan Martinin diqqətini mağazda satılan idman jurnalı çəkir. Bu jurnalla öz zamanında mərc oyunlarında əla pul qazana biləcəyi düşünüb onu alır. Lakin Doktor Braun onu əlindən alıb zibil qabına tullayır. Bu zaman keçmişdə Makflaylar ailəsinin qulluqçusu qocalmış Bif söhbəti eşidib jurnalı götürür, zaman maşının heç kimin xəbəri olmadan oğurlayır və onu keçmişdəki Biffə verir. 2015-ci ilə qayıdır və zaman maşınını yerinə qaytarır.

Ceniferi götürüb 1985-ci ilə qayıdan Martin inanılmaz səhnənin şahidi olur. Hər tərəfdə cinayətkarlar vardır, evi isə artıq başqasınındır. Uzun axtarışlardan sonra Biffə məxsus göydələnə daxil olur. Məlum olur ki, Biff artıq çox varlıdır, anası onla zorla evlənmişdir, atasını belə 1973-cü ildə öldürmüşdür. Martin Biffdən öyrənir ki, 1955-ci ildə avtomobilini təmirdən götürərkən ona qohumu olduğunu deyən bir qoca idman jurnalı vermiş, onun köməyi ilə varlanmışdır.

Dr. Braunun köməyi ilə 1955-ci ilə qayıdan Martinin burada başına min cür hadisə gəlir, lakin sonda jurnalı Biffdən oğurlayıb yandıra bilir.

Rollarda

Oyuncu Rol Maykl Foks Marti Makflay/Martin Makflay (kiçik)/Merlin Makflay Kristofer Lloyd Dr. Emmet Braun Cefrey Veysman Corc Makflay Lia Tompson Lorin Beyns Tomas Vilson Biff Tannen/Qriff Tannen Ceyms Tolkan Mr. Striklend Elizabet Şu Cenifer Parker Vendi Co Serper Linda Makflay Mark Makklur Deyv Makflay Corc Dikenzo Sem Beyns Lloyd Tolbert Starliyter Billi Zeyn Matç

İstinadlar

Xarici keçidlər

Kateqoriya:1989-cu ilin filmləri Kateqoriya:Robert Zemekisin filmləri Kateqoriya:ABŞ filmləri Kateqoriya:Robert Zemekisin ssenari müəllifi olduğu filmlər Kateqoriya:Kaliforniya haqqında filmlər Kateqoriya:ABŞ-nin alternativ tarix filmləri Kateqoriya:ABŞ-nin sikvel filmləri Kateqoriya:ABŞ-nin orta məktəb filmləri Kateqoriya:ABŞ-nin elmi-fantastik macəra filmləri Kateqoriya:ABŞ-nin antiutopik filmləri Kateqoriya:Universal Pictures filmləri Kateqoriya:Saturn mükafatı qazanmış filmlər Kateqoriya:Alan Silvestrinin film musiqiləri Kateqoriya:BAFTA qalibləri (filmlər) Kateqoriya:ABŞ-nin komediya filmləri Kateqoriya:İngiliscə filmlər Kateqoriya:Gənclik filmləri Kateqoriya:Kinematoqrafiyada kastinq qalmaqalları Kateqoriya:1985-ci il haqqında filmlər Kateqoriya:Amblin Entertainment filmləri Kateqoriya:2015-ci il haqqında filmlər Kateqoriya:Hadisələrin gələcəkdə cərəyan etdiyi filmlər Kateqoriya:1950-ci illər haqqında filmlər