Taytao () — Cənubi Amerikanın qərb sahillərində Çili ərazisində yerləşir.

Uzunluğu 124 km, eni 115 km təşkil edir. Ən hündür nöqtəsi — 1372 m. Yarımada Pataqoniya Andlarına bitişikdir. Belə ki, yarımada materikə Ofqui bərzəği vasitəsi ilə birləşir. Yarımadanı cənubdan Penyas körfəzinin suları yuyur. Ərazi kəskin parçalanmışdır və Fiordlarla zəngindir. Ərazidə San-Rafael buzlağı yerləşir. Səthi dağlıqdır, həmişəyaşıl meşələrlə örtülüdür. 1945-ci ildən yarımadada San Rafael mili parkı fəaliyyətə başlamışdır. Yarımadada çoxlu sayda göl vardır. Onlardan ən irisi Presidente-Rios gölüdür.

Mənbə Taytano yarımadası Taytano

Kateqoriya:Cənubi Amerika yarımadaları