Zzzaks () — Marvel Comics tərəfindən 1973-cü ildə yaradılan anti-qəhrəman personaj. Əzəli və əbədi düşməni Halkdır.

Nəşr olunma tarixi

Zzzaks Stiv Enqlhart və Herb Trimp tərəfindən yaradılmışdır. İlk dəfə "İnanılmaz Halk" ()Hulk #166 (August 1973) komiksinin 166-cı buraxılışında görülmüşdür.

Bioqrafiya left|thumbnail|Zzzaks ilk dəfə komiksdə: "İnanılmaz Halk"ın 1973-cü ilin avqustunda nəşr olunan 166-cı buraxılışı. Zzzaks insan deyildir. Nyu York şəhərində yerləşən Edison Atom Elektrik Stansiyasında baş verən təxribat zamanı elektrikdən yaranmışdır.Terroristlərin dinamonu dağıtması zəncirvari nüvə reaksiyası başlatmış, yaranan vəziyyətdə enerji gözlənilmədən hərəkətə keçərək terroristlərin və bir neçə işçinin zehnini əmərək özünə çəkmişdir. Onların zehinlərindən və elektrik enerjisindən istifadə etməklə bu varlıq humanoid olmuş və şüura sahib olmuşdur. Özünü Zzzaks adlandıraraq Halk və Şahingözlə döyüşmüşdür, amma məğlub olmuşdur.

Zzzaks daha sonra qayıdaraq Çikaqodakı tədqiqat mərkəzinə hücum etmişdir. Halk Zzzaks qarşısında dayanmağa çalışaraq alimlərin Zzzaksı yenidən bərpa edən prosesi dayandırmasına imkan yaratmışdır.Hulk #183 (Jan. 1975) "Güc-adam" komiksində yenidən peyda olaraq onun son məğlubiyyətinə səbəb olan insanların dalınca düşmüşdür. Güc-adam Zzzaksı məğlub etsə də, bir neçə alimin ölümünə mane ola bilməmişdir.Luke Cage, Power Man #47 (Oct. 1977) "Halk" komiksində Brüs Bennerin şüuruna sahibHulk #285 (July 1983) olmaq üçün yenə qayıtmışdır, amma tez məğlub etmişdir. Mefisto tərəfindən "Gizli müharibələr II" komiksində yenidən formalaşdırılmışdır, amma Şey ona qalib gəlmişdir.Secret Wars II #7 (Jan. 1986) Zzzaks Kvant, Qraviton və Halflayf ilə birlikdə Qərb Sahili Qisasçılarına qarşı döyüşmüş, amma Şahingöz tərəfindən dayandırılmışdır.West Coast Avengers #12 - 13 (Sep. - Oct. 1986)

"Halk" komiksində Zzzaks SHIELD tərəfindən ələ keçirilmiş və Qama bazasına aparılmışdır. General Tunderbolts Roz öz şüurnu Zzzaksın bədəninə köçürərək Halkın yeni versiyasına (Rikki Cons) qarşı döyüşmüşdür.Hulk #325 - 327 (Nov. 1985 - Feb. 1986) Roz qızı Betini xilas etdikdən sonra Zzzaksın bədənini tərk etmişdir.Hulk #330 (May. 1986) Zzzaks "Marvel Comics Presents"Marvel Comics Presents #8 (Apr. 1989) komiksində Dəmir adama, öz adındakı komiksdə isə Kabelə qarşı mübarizə aparmışdır.Cable #59 (October 1998)

Zzzaks "Yeni Qisasçılar" komiksində digərləri ilə birlikdə SalNew Avengers #1 - 3 (Jan. - Mar. 2006); New Avengers: Most Wanted Files #1 (July 2006) adlı həbsxanadan qaçmışdır. "Şi-Halk" komiksində yenə SHIELD tərəfindən ələ keçirilir. Qısa müddətli qaçışdan sonra Zzzaks Şi-Halk tərəfindən dayandırılmışdır.She-Hulk vol. 2, #17 (April 2007)

Dehli hücum edən Zzzaks Qüdrətli Qisasçılar tərəfindən həbs olunmuşdur.Mighty Avengers #32

Daha sonra Zzzaks MODOK-a qoşularaq Qırmızı Halkla döyüşmüşdür.Hulk Vol. 2 #36

Media thumbnail|"İnanılmaz Halk" komiksinin 1975-ci ilin yanvarında çıxan 183-cü sayının üz qabığında Zzzaks Televiziya

Zzzaks 1996-cı ildə "İnanılmaz Halk" animasiya serialının "Xam güc" bölümündə peyda olmuş, Maykl Bell, Liza Miller Makqi və Kevin Şon tərəfindən səsləndirilmişdir. Tədqiqatçı Miç Makkuçeon Brüs Benneri sağaltmaq istəyərkən göy rəngli Zzzaksa çevrilmişdir. Halkla döyüşdən sonra yenidən normal hala qayıtmışdır. Zzzaks "The Super Hero Squad Show" animasiya serialında da görsənmiş və Conatan Mankuta tərəfindən səsləndirilmişdir. "Yumurcaq aramızda gəzir" adlı seriyada Zzzaks Piro və Doktor Dumla birləşərək super qəhrəmanlarla döyüşmüşdür. Lakin onlar Muzdlu Qəhrəmanlar komandası tərəfindən dayandırılaraq Kassa adlı həbsxanaya salınmışdırlar. "Buz gəlir əridir" adlı seriyada Zzzaks Trapster və Piro ilə birlikdə Toksik komandasını yaradır. "Qisasçılar: Yerin qüdrətli qəhrəmanları" animasiya serialının "Həbsxanadan qaçış. Birinci hissə" adlı bölümündə Zzzaks həbsxanadan qaçan 75 super cinayətkardan biridir. O, Kub adlı həbsxanadan qaçarkən Halkla döyüşmüşdür və məğlub olmuşdur. "Qamma Dünyası. Birinci hissə" adlı bölümdə isə U-Foes və Yıxım heyəti komandasına kömək etməkdədir. "İnanılmaz Hörümçək-adam" animasiya serialının "Xüsusi" bölümündə və "Qisasçılar, birləşin!" animasiya serialının "Bütün ataların günü" adlı bölümündə də peyda olmuşdur.

Film

Zzzaks 2014-cü il istehsalı "Qəhrəmanlar birliyi: Dəmir adam və Halk" animasiyasında Halk və Dəmir adamın əsas düşməni olmuşdur.

İstinadlar

Xarici keçidlər

Zzzaks Marvel.com-da Leader's Lair: Zzzax

Kateqoriya:Marvel Comics supercinayətkarları Kateqoriya:Uydurma humanoidlər Kateqoriya:Elektrik və ya maqnetik güclərə malik personajlar Kateqoriya:Tez sağala bilən Marvel Comics personajları Kateqoriya:1973-cü ildə tanıdılan komiks personajları Kateqoriya:Halk (Marvel Comics)