Azərbaycan Sovet Sosialist Respublikası bayrağı — 1920-ci ildə qəbul edilmişdir. Sol yuxarı küncündə sarı aypara və ulduz olan qırmızı bayraqdır.
1921-ci ilin ikinci yarısından 1922-ci ilə qədər Azərbaycan SSR sarı kiril hərflərindən АССР (ASSR) yazılan qırmızı bayrağı istifadə etdi. 12 mart 1920-ci ildə Azərbaycan SSR Gürcüstan SSR və Ermənistan SSR-lə Zaqafqaziya Sosialist Federativ Sovet Respublikası adı altında birləşdi və bu 1936-cı ilə qədər davam etdi.
1937-ci ildə latın hərfləri ilə AzSSR qızıl oraq və çəkicin alt hissəsinə əlavə edildi. 1940-cı ildə latın AzSSR kiril АзССР ilə əvəz edildi. Azərbaycan SSR-in bayrağının axırıncı versiyası 7 oktyabr 1952-ci ildə qəbul edildi. Bu aşağı hissəsində horizontal göy zolaq olan SSRİ bayrağı idi.
Azərbaycan SSR-in bayrağının xronologiyası
İstinadlar
Həmçinin bax Şirvanşahlar gerbi İrəvan xanlığının bayraqları Azərbaycan SSR-in gerbi Azərbaycan SSR-in himni Azərbaycan bayrağı
Kateqoriya:SSRİ bayraqları Kateqoriya:Azərbaycan Sovet Sosialist Respublikası Kateqoriya:Tarixi bayraqlar Kateqoriya:Azərbaycanın milli simvolları Kateqoriya:1991-ci ilin bayraqları Kateqoriya:Azərbaycanın dövlət rəmzləri