Melvill () — Kanadanın şimalında yerləşən ada.
Coğrafiyası left|thumb|250px|Adanın kosmosdan çəkilişi Ada Kanada Arktik arxipelaqının Kraliça Yelezaveta adaları qrupuna aidir. İnzibati cəhət Nunavut və Şimal-Qərb ərazilərinə daxildir. Sahəsi 42,149 km² olaraq Adaların dünyada sahəsinə görə sıralamasında 33-cü yerdədir. Parri arxipelaqının ən iri adasıdır. Sahil xətdinin uzunluğu 3107 kilometrdir.. Vaykaunt-Melvill boğazı (eni 122 km) adanı Viktoriya (ada) və Stefansson adasından ayırır. Mak-Klur boğazı isə onu Banks adasından ayırır.
Ada parçalanmış formaya malikdir. Belə ki, çoxlu sayda yarımada və körfəzə malikdir. Şimalında Hekla-end-Qrayper, cənub-qərbdə isə dar Linddon körfəzi yerləşir. Bu quruluş adanı qeyri-adı edir. Burada uç iri yarımada vardır: Şimal-şərdə Sabin, cənub-qərbdə Dandas və şimal-qərbdə isə kəskin parçalanmış yarımada. Adanın şərqdən qərbə uzunluğu 340 km, şimaldan cənuba eni isə 212 km təşkil edir.
Adanın ərazisini topoqrafin cəhətdən üç yerə bölmək olar. Cənub-qərb hissə Plato, mərkəzi hissə dağlıq, şimal-şərq hissə alçaq düzənlik. Adanın ən hündür nöqtəsi dəniz səviyəsindən 776 m hündürlüyə malik Blu-Hils dağıdır. Ərazidə yaşayış yoxdur. Adada təbii qaz ehtiyatının olması ehtimalı vardır. Yayda orta aylıq temperatur + 5°S keçir. Ada Şimali Amerika regionunun ən soyuq yeridir.
Tarixi Ada 1819-cı ildə Vilyam Parri tərəfindən kəşf edilir. Pobert Dandasın şərəfinə adlandırılıb (2-ci Melvill vikontu). İstinadlar
Kateqoriya:Kanada Arktik arxipelaqı Kateqoriya:Kanada adaları Kateqoriya:Şimal Buzlu okeanın adaları Kateqoriya:Şimal Buzlu okeanın yaşayış olmayan adaları Kateqoriya:Şimal-Qərb ərazilərinin yaşayış olmayan adaları