Başkənd — İrəvan quberniyasının Yeni Bəyazid qəzasında, indi Kəvər (Kamo) rayonunda kənd.İbrahim Bayramov, "Qərbi Azərbaycanın türk mənşəli toponimləri" , Bakı, "Elm", 2002.

Tarixi Rayon mərkəzindən 12 km cənub-qərbdə, Kəvər çayının yanında yerləşir. Qafqazın 5 verstlik xəritəsindəПагирев Д.Д. Алфавитный указатель к пятиверстной карт Кавказского края, Тифлис, Типография К.П.Казловского, 1913. s.34 qeyd edilmişdir.

Kəndin ilk adı Göyçə Başkəndi olmuşdur. Yəni Göyçə mahalında yerləşən Başkənd. Sonradan Göyçə sözü atılmış, kənd Başkənd adlandırılmışdır.

Toponim Azərbaycan dilində «böyük», «əsas», «yuxarı» mənasında işlənən baş sözü iləМурзаев Э.М. Словарь народных географических терминов, М., «Мысль», 1984. s.77 kənd sözünün birləşməsindən əmələ gəlmişdir. Relyeflə bağlı yaranan mürəkkəb quruluşlu toponimdir.

Erm. SSR AS RH-nin 4.IV.1946-cı il fərmanı ilə kəndin adı dəyişdirilib Qeğarkuni qoyulmuşdur.

Əhalisi Ermənilər buraya 1828-29-cu, 1914-1919 - cu illərdə Türkiyənin Alaşkerd, Muş və Bulanis vilayətlərindən köçürülmüşdürHakopyan T.X., MəlikBaxşyan St.T., Barseğyan O.X. Ermənistan və ətraf vilayətlərin toponimlər lüğəti, (erməni dilində) I c., AD, İrəvan, «İrəvan Universiteti», 1986. s.827.

Kənddə 1873 - cü ildə 191 nəfər azərbaycanlı, 272 erməni, 1886-cı ildə 243 nəfər azərbaycanlı, 385 erməni, 1897-ci ildə 357 nəfər azərbaycanlı, 440 erməni, 1914 - cü ildə 410 nəfər azərbaycanlı, 704 nəfər erməni yaşamışdırQorqodyan Z. 1831-1931-ci illərdə Sovet Ermənistanının əhalisi, (erməni dilində). İrəvan, «Melkonyan fond», 1932. s.68-69, 144-145.

1918-ci ildə azərbaycanlılar ermənilər tərəfindən vəhşicəsinə qırğınlarla qovulmuşdur.

1920-ci ildə indiki Ermənistanda sovet hakimiyyəti qurulandan sonra sağ qalan azərbaycanlılar öz doğma kəndlərinə dönmüşdür. Burada 1922-ci ildə 96 nəfər azərbaycanlı, 763 erməni, 1926-cı ildə 112 nəfər azərbaycanlı, 928 erməni, 1931-ci ildə 194 nəfər azərbaycanlı, 1156 erməni yaşamışdırQorqodyan Z. 1831-1931-ci illərdə Sovet Ermənistanının əhalisi, (erməni dilində). İrəvan, «Melkonyan fond», 1932. s.69, 145. Lakin erməni mənbələrində burada azərbaycanlılarn yaşadığı göstərilmir və guya kənddə yalnız ermənilər yaşamışdır. Azərbaycanlılar 1930 - cu illərin sonunda Ermənistanın Qarabağlar rayonuna, Qarabağlar rayonu ləğv edildikdən sonra SSRİ Nazirlər Sovetini xüsusi qərarı ilə tarixi-etnik torpaqlarından çıxarılaraq 1948-50-ci illərdə Azərbaycana köçürülmüşdür. İndi burada yalnız ermənilər məskunlaşmışdır.

İstinadlar

Kateqoriya:Göyçə kəndləri