Sözləri Laçın Araz axar lil ilə, Dəstə-dəstə gül ilə, Mən yarımı sevirəm Şirin-şirin dil ilə

Bağçaları sarı gül, Yarı qönçə, yarı gül. Gec açıldın, tez soldun, Olmayaydın barı, gül.

Ay Laçın, can Laçın, Mən sənə qurban Laçın…

Yeri-yeri nişan yar, Yeni eşqə düşən yar, Elçiləri qırılmış… Özü elçi düşən yar!

Alma atdım nar gəldi, Kətan köynək dar gəldi Qapıya kölgə düşdü, Elə bildim yar gəldi.

Ay Laçın, can Laçın, Mən sənə qurban Laçın…

Su atdım yara dəydi Əlim divara dəydi. Dilim mənim qurusun, (bəzən: Dilim ağzım qurusun) Nə dedim Yara dəydi.

Ey əlim oda yansin Pərvanə o da yansın Mən yandım yar üzündən Eşitsin o da yansın

Ay Laçın, can Laçın, Mən sənə qurban Laçın…

Kateqoriya:Azərbaycan dilində mahnılar Kateqoriya:Azərbaycan xalq mahnıları