Ördəkli — İrəvan quberniyasının Yeni Bəyazid qəzasında, indiki Sevan rayonunda kənd.PDF versiyası. // Qərbi Azərbaycanın türk mənşəli toponimləri. Müəllifi: İ. M. Bayramov; Redaktorları: B. Ə. Budaqov, H. İ. Mirzəyev, S. A. Məmmədov. Bakı: "Elm" nəşriyyatı, 696 səh. ISBN 5-8066-1452-2133
Tarixi Göyçə gölünün sahilində, poçt yolunun yanında yerləşir. "İrəvan əyalətinin icmal dəftəri"ndəİrəvan əyalətinin icmal dəftəri (araşdırma, tərcümə, qeyd və əlavələrin müəllifləri: Z. Bünyatov və H. Məmmədov (Qaramanlı), Bakı, "Elm", 1996. s.81 qeyd edilmişdir.
Toponimi Toponim türk tayfalarından biri olan qızılbaşlara məxsus ördəkliQızılbaşlar tarixi (tərcümə və şərhlər M. Ə. Məhəmmədindir), Bakı, "Azərbaycan", 1993. s.6 etnonimi əsasında formalaşmışdır. Etnotoponimdir. Quruluşca sadə toponimdir. Ermənistan SSR Ali Soveti Rəyasət Heyətinin 26. IV. 1946-cı il fərmanı ilə kəndin adı dəyişdirilib Lçaşen (Kölkənd) qoyulmuşdur. 1946-cı ildə kənd ermənicə Lçaşen adlandırılmışdır. 1728-ci ilə aid mənbədə İrəvan əyalətinin Göycə nahiyəsində Böyük Ördək və Kiçik Ördək kənd adları göstərilmişdir[170,12]. Göycə bölgəsində Ördək kənd adının oldduqca maraqlı tarixi vardır: е. ə. VIII əsrə aid Urartu dilində bir mənbədə Urtex kimi qeyd olunmuşddur.
Əhalisi Kənddə tarixən azərbaycanlılar yaşamışdır. Zaman-zaman onlar qovulmuş, xircdən (İran və Türkiyədən) köçürülən ermənilər burada yerləşdirilmişdirШопен И. Исторический памятник состояния Армянской области в эпоху ея присоединения к Российской империи, СПб, Типография императорский Академии Наук, 1852. s.595–598. 1920-ci ildə kəndin əhalisi qovulmuş və Türkiyədən gəlmə ermənilər yerləşdirilmişdir. 1897-ci ildə kənddə ermənilərlə yanaşı 22 nəfər azərbaycanlı yaşamışdırQorqodyan Z. 1831–1931-ci illərdə Sovet Ermənistanının əhalisi, (erməni dilində). İrəvan, "Melkonyan fond", 1932. s. 18–19. XX əsrin əvəllərində, 1905–1906-cı illərdə erməni azərbaycanlı münaqişəsi nəticəsində azərbaycanlılar tarixi-etnik torpaqlarından qovulmuşdur. İndi kənddə yalnız ermənilər yaşayır.
İstinadlar
Kateqoriya:Göyçə kəndləri