Axund Buzovand — İrəvan quberniyasının İrəvan qəzasında, indi Qəmərli (Artaşat) rayonunda kənd.İbrahim Bayramov, "Qərbi Azərbaycanın türk mənşəli toponimləri" , Bakı, "Elm", 2002.

Tarixi Rayon mərkəzindən 8–9 km şimal-şərqdə, Gərni çayı sahilində yerləşir. "İrəvan əyalətinin icmal dəftəri"ndəİrəvan əyalətinin icmal dəftəri (araşdırma, tərcümə, qeyd və əlavələrin müəllifləri: Z. Bünyatov və H. Məmmədov (Qaramanlı), Bakı, "Elm", 1996. s.49, Qafqazın 5 verstlik xəritəsindəПагирев Д. Д. Алфавитный указатель к пятиверстной карт Кавказского края, Тифлис, Типография К. П. Казловского, 1913. s.23 qeyd edilmişdir.

Toponim xəzər türk tayfasından olan bozal etnonimindəГейбуллаев Г. А. Топонимия Азербайджана (историкоэтнографическое исследование), Баку, "Элм", 1986. s.45 öz əksini tapan busboz — İbrahim Bayramovun fikrincə etnonimi iləГлинка С. Н. Описание переселения армян азербайджанских в пределе России, Баку, "Элм", 1990. s.253 türk mənşəli abantavand – İbrahim Bayramovun fikrincə etnonimininГлинка С. Н. Описание переселения армян азербайджанских в пределе России, Баку, "Элм", 1990. s.258 birləşməsindən əmələ gələn etnotoponimdir. Toponimin əvvəlində işlənən "axund" dini mənada işlənən sözdür. Mürəkkəb toponimdir.

1920-ci ildə kəndin adı dəyişdirilib Bzovan qoyulmuş, sonra Berdin kimi rəsmiləşdirilmişdir.

Əhalisi Kənddə 1831-ci ildə 137 nəfər, 1873-cü ildə 210 nəfər, 1886-cı ildə 254 nəfər, 1897-ci ildə 341 nəfər, 1904-cü ildə 322 nəfər, 1914-cü ildə 385 nəfər, 1916-cı ildə 299 nəfər azərbaycanlı yaşamışdırQorqodyan Z. 1831–1931-ci illərdə Sovet Ermənistanının əhalisi, (erməni dilində). İrəvan, "Melkonyan fond", 1932. s.46–47, 126–127.

1918-ci ildə azərbaycanlılar erməni soyqırımına məruz qalaraq deportasiya olunmuşdur. İranın Xoy və Salmas bölgələrindən köçürülən ermənilər burada yerləşdirilmişdir. İndiki Ermənistanda sovet hökuməti qurulandan sonra 1922-ci ildən sonra azərbaycanlılar öz doğma kəndlərinə dönə bilmişdir. Burada 1926-cı ildə 161 nəfər azərbaycanlı, 11 erməni, 1931-ci ildə 195 nəfər azərbaycanlı, 19 nəfər erməni yaşamışdır.

SSRİ Nazirlər Sovetin xüsusi qərarları ilə azərbaycanlılar 1948–49-cu illərdə Azərbaycana köçürülmüşdür.

İndi burada ermənilər yaşayır.

İstinadlar

Kateqoriya:Gərnibasar kəndləri Kateqoriya:Ararat mərzinin yaşayış məntəqələri