Doqquz — İrəvan quberniyasının İrəvan qəzasında, indiki Qəmərli (Artaşat) rayonunda kənd.İbrahim Bayramov, "Qərbi Azərbaycanın türk mənşəli toponimləri" , Bakı, "Elm", 2002.
Tarixi
Rayon mərkəzindən 6 km şimalda, Gərni çayının yanında yerləşir. «İrəvan əyalətinin icmal dəftəri»ndə Doqquzİrəvan əyalətinin icmal dəftəri (araşdırma, tərcümə, qeyd və əlavələrin müəllifləri: Z.Bünyatov və H.Məmmədov (Qaramanlı), Bakı, «Elm», 1996. s.100, Qafqazın 5 verstlik xəritəsində isə Dokkuz formasındaПагирев Д.Д. Алфавитный указатель к пятиверстной карт Кавказского края, Тифлис, Типография К.П.Казловского, 1913. s.88 qeyd edilmişdir.
Toponim oğuzların dülqədirli tayfasından olan doqquz etnonimiSümər Faruq. Oğuzlar, Bakı, «Yazıçı», 1992. s.301 əsasında əmələ gəlmişdir. Etnotoponimdir. Quruluşca sadə toponimdir.
Ermənistan SSR Ali Soveti Rəyasət Heyətinin 20.VIII.1945-ci il fərmanı ilə kəndin adı dəyişdirilib Kanaçut qoyulmuşdur.
Əhalisi Kənddə tarixən yalnız azərbaycanlı yaşamışdır. 1828-1829 - cu illərdə buraya İranın Xoy və Salmas vilayətlərindən ermənilər köçürülmüşdürШопен И., Исторический памятник состояния Армянской области в эпоху ея присоединения к Российской империи , СПб, Типография императорский Академии Наук, 1852. s.551-554.
1828-ci ilə qədər Doqquz kəndində cəmi 8 yerli erməni () olmuşdurШопен И., Исторический памятник состояния Армянской области в эпоху ея присоединения к Российской империи , СПб, Типография императорский Академии Наук, 1852. 551-553.
Kənddə ermənilərlə yanaşı 1831-ci ildə 127 nəfər, 1873 - cü ildə 159 nəfər, 1886-cı ildə 178 nəfər, 1897-ci ildə 161 nəfər azərbaycanlı yaşamışdırQorqodyan Z. 1831-1931-ci illərdə Sovet Ermənistanının əhalisi, (erməni dilində). İrəvan, «Melkonyan fond», 1932. s.48-49, 128-129.
1918-ci ilin fevral ayında azərbaycanlılar soyqırımına məruz qalaraq deportasiya olunmuşlarИстория Азербайджана по документам и публикациям, Баку, «Элм», 1990. s.216.
İndiki Ermənistanda sovet hökuməti qurulandan sonra sağ qalan kənd sakinləri öz yurdlarına dönə bilmişdir.
Burada 1922-ci ildə 75 nəfər, 1926-cı ildə 78 nəfər, 1931-ci ildə 97 nəfər azərbaycanlı yaşamışdır.
SSRİ Nazirlər Sovetinin xüsusi qərarı ilə azərbaycanlılar 1948-53-cü illərdə tarixi-etnik torpaqlarından Azərbaycana köçürülmüşdür. İndi burada ermənilər yaşayır.
İstinadlar
Kateqoriya:Gərnibasar kəndləri Kateqoriya:Ararat mərzinin yaşayış məntəqələri