Kral-Vilyam (, Eskimos dili Kikerktak) — Kanada Arktik arxipelaqına aid ada.

Coğrafiyası left|thumb left|thumb|Yоа-Heyvendə əsas küçə. Kanadanın şimalında materik hissəsinə yaxın yerləşir. Sahəsi 13 111 km², sahil xətdinin uzunluğu 1289 km təşkil edir. Adaların dünyada sahəsinə görə sıralamasında 61-ci, Kanadada isə 15-ci yeri tutur. Maksimal ölçüsü 155–120 kilometrdir. Adeleyd yarımadasından şimalda yarləşir və onu Simpson boğazı (3,5 km) ayırır. Şimal, Şimal-şərdə Buthia yarımadası yerləşir və Rey və Ceyms-Ross boğazları ayırır. Qərbdə Viktoriya (ada)sından onu Viktoriya (boğaz) ayırır. Cənub qərbində onun sahillərini Kuin Mod körfəzi yuyur. Relyefi əsasən düzənlikdir. Ən hündür nöqtəsi (137 m) Maunt Mateson dağıdır. Cənub-şərqdə Qibson yarımadası yerləşir. Ada tundra ilə örtülüdür və mərkəzi hissədə çoxlu sayda göl vardır.

Əsas yaşayış məntəqəsi — Yоа-Hеyvеn.

Tarixi Kral-Vilyam adası Eskimoslar tərəfindən məskunlaşılmışdı. Ada ilk ayaq basan avropalı Ceys Ross olur və adanı o zaman ki, Britaniya kralı IV Vilhelmin şərəfinə adlandırır. Bu adada Con Franklin və onun rəhbərlik etdiyi exspedisiya həlak olmuşdur. Buna baxmayaraq onun cənazəsi adada tapılmır. Roald Amundsen özünün uğurlu 1903–1905-ci illər ekspedisiyası zamanı adada qışlamışdır. O, Şimal-Qərb keçidini Yoa gəmisində keçmişdir.

Ədəbiyyat Raul Amundsen. Şimal-Qərb keçidi ilə suda "Yоа" gəmisi ilə. L.: Haz. Əsasşimaldənizyolları, 1935. Kuper Pol Feminor. İtirilmişlər adası. L.: Hidroетеоizdа, 1970.

İstinadlar

Mənbə Kral Vilyam Kral Vilyam adası (ing.)

Kateqoriya:Kanada Arktik arxipelaqı Kateqoriya:Kanada adaları Kateqoriya:Nunavut adaları